Yuran baş məşqçi təyin edildi

Serqey Yuran Rusiya çempionatının birinci liqasında yarışan “Ximki”nin baş məşqçisi təyin edilib.

Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Müqavilənin detalları haqda xəbər verilməyib. Azərbaycanlı hücumçu Kamran Əliyev də “Ximki”də çıxış edir.

Xatırladaq ki, S.Yuran 2011/12-ci mövsümündə Zaqatalanın “Simurq” klubunu çalışdırıb.

Share: