MSK sədri deputatlığa namizədlərin sayını açıqlayıb

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Milletinsesi.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. MSK sədri deyib ki, hazırda 1374 nəfər deputatlığa namizəd var.

Deputatlığa namizədlərin 248 nəfəri 19 siyasi partiyanın siyahısında olan şəxslərdir. Ümumilikdə isə deputatlığa namizədliyi qeydə alınan şəxslərin 310 nəfərinin partiya mənsubiyyəti var.

Share: