“Bu il 6 “ASAN Xidmət” və bir “ASAN Kommunal” mərkəzinin açılması gözlənilir”.
Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Agentlik sədri deyib ki, Bakıda iki “ASAN xidmət” və bir “ASAN Kommunal”, eyni zamanda Tovuz, Balakən, Kürdəmir, Ağcəbədi rayonlarında “ASAN xidmət” mərkəzlərinin mərkəzlərinin açılması nəzərdə tutulub.
Ü.Mehdiyev onu da əlavə edib ki, Qubada “ABAD” qablaşdırma fabriki açılacaq.
Agentlik sədinin sözlərinə görə, yeni İNNOLAND mərkəzinin açılması, Silikon vadisində Azərbaycan Innovasiya evinin və beynəlxalq Startapfest tədbirinin keçirilməsi gözlənilir.
Startaplarla bağlı məlumat verən Ü.Mehdiyev deyib ki, ötən il 85 startap tədbirinə 5500-dən çox iştirakçı qatılıb: “Bu günə qədər startaplara 830.000 manat investisiya cəlb edilib. Bunun da 25 faizi xarici investisiyalardır”./apa