Almaniya 2-ci Bundesliqasında 19-cu tura start verilib.
Qol.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” səfərdə “Vehen”lə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Start heyətdə meydana çıxan Nazarov 90 dəqiqə oynayıb.
Qeyd edək ki, 29 xalı olan Aue təmsilçisi 18 komanda arasında hazırda 6-cı pillədə qərarlaşıb.