Azərbaycanlı futbolçu Tailand klubunda

Şüvəlan”dan ayrıldıqdan sonra klubsuz qalan Məmməd Quliyev karyerasını Tailandda davam etdirəcək.

Qol.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi 3-cü liqa təmsilçisi “Kamhenqphet” klubuna transfer olub. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, M.Quliyev daha öncə “Rəvan” və “Keşlə”də çıxış edib.

Share: