BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Şənbə , Mart 28 2020
Son xəbərlər
Ana səhifə / Qarabağ / Ehtiyatda olan zabit ali baş komandana müraciət etdi

Ehtiyatda olan zabit ali baş komandana müraciət etdi


Ehtiyatda olan zabit Abuzər Əbilov ali baş komandana müraciət ünvanlayıb.

Milletinsesi.az  olaraq həmin müraciəti olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

“Hörmətli cənab ALİ BAŞ KOMANDAN.

Mən artıq ehtiyatda olsam belə, özümü Komandanımın əsgəri saymaq anlamını buraxmır və buraxmayacam. Əsgərin borcudur ki, ərazidə gördüyü bütün faktorlar haqda öz Komandirinə məruzə etsin.

Yaxın günlərdə Milli Məclisin buraxılması qərarını alqışladıq. Bu vacib və təxirəsalınmaz bir tədbir idi və başladığınız islahatların şah damarı hesab etdim bunu. Yeni seçkilərin təyin olduğu vaxta az qalan müddətdə, bir sıra qanun pozuntuları və bu pozuntularla sizin verdiyiniz tövsiyələrə saymamazlığa diqqətinizi yönəltməyi xahiş edirəm. Belə ki, heç zaman xalqının arasında olmayaraq, məramı Dölətinə, Komandanına, Xalqına xidmət etmək olmayan və yalnız Milli Məclisdə yer tutaraq yüksək maaş almaq və mənsəb tutaraq özünü özünə təsdiq edənləri bir kənara qoyaq. Artıq Sizə də, xalqa da məlumdur ki, yalnız Milli Məclisə seçilmək üçün ifrat dərəcədə küçələrə düşüb qoca nənələri öpməklə, sosial şəbəkələrdə bayağı reklamlar yaymaqla bu insanlar nə Dövləti,  nə Hökuməti, nə də xalqı üçün heç bir dəyər ünvanı deyildirlər. Ən təhlükəsi isə bu gün özünün mənsəbindən ,vəzifəsindən, partiyasına qəbahət gətirəcək partiya mənsubiyyətindən istifadə edərək təhriklər, zor, tapşırma və ən əsası Sizin verdiyiniz tövsiyyələrə qaba etinasızlıq etməklə təpgi göztərən insanlardır. Bu fərdlər açıq olaraq ölkə qanunvericiliyinə zidd hərəkətləri ilə məhkəmə orqanlarına da təsir edə bilirlər. Belə insanların Xalq gözündə Sizi kiçiltməyinə yol verməyin. Çünki hər bir olan işi evin KİŞİSİNƏ bağlayarlar mentolitetimizdə. Bu insanlar öz hərəkətləri ilə bir daha Sizin başladığınız və xalq tərəfindən fərəhlə qəbul olunmuş saflaşma, böyümə, güclənmə məqsədli islahatların qarşısında sədd şəkirlər. Bir Əsgəriniz kimi Sizdən xahiş edirəm ki. məhkəmə orqanlarına, güc strukturlarına və digər konsitusion orqanlara qəti tapşırıq verəsiniz ki, qanunu ciddi və dəqiqliklə yerinə yetirsinlər. Hec bir kəsin tapşırma və təhdidinə baxmadan…”

Hörmətlə : Ehtiyatda olan zabit,Legion HVK -nın rəhbəri Abuzər Əbilov

Moderator.az

mersin escort
mersin escort