Tacikistanda Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, zəlzələnin episentri paytaxt Düşənbədən 160 kilometr şimal-şərqdə, Sanqvor rayonunda qeydə alınıb.
Paytaxtda yeraltı təkanlar 3 bal gücündə hiss olunub.
Təbiət hadisəsi nəticəsində hər hansı bir itki və ya fəsadların olmadığı deyilir.