DİQQƏT MƏRKƏZƏ: 713-cü hərbi hissə KOMANDANIN ƏMRİNİ GÖZLƏYİR

SƏMƏDOV ARİF KƏRİM OĞLU

28 dekabr 1969-cu ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

1977-ci ildə həmin kəndin tam orta məktəbinin birinci sinfinə gedib, 1987-ci ildə həmin məktəbdə onillik təhsilini başa vurub.

1988-1990-cı illərdə Murmanskda sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti başlayandan sonra Səmədov Arif də 1992-ci ildə könüllü olaraq 713 saylı hərbi hissənin şəxsi heyətinin sıralarına qoşulub. Bu hərbi hissənin nəzdində olan Budaq Nəsibovun komandiri olduğu üçüncü bölüyün əəgəri olaraq bir çox hərbi əməliyyatlarda iştirak edib.

Qardaşı Səmədov Səməd Kərim oğlu 1993-cü ildə itkin düşənə qədər döyüşlərdə iştirak edib.

Müharibədən sonra indiyə qədər xırda ticarətlə məşğuldur.

Orta təhsillidir.

Ailəlidir, iki oğlu var.

Böyük oğlu Naxcıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və tərcümə fakültəsini bitirib. Hazırda işsizdir, hərbi çağırışçıdır

Kiçik oğlu Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsidir. Paralel olaraq Hövsan qəsəbəsində BAVZA aptekdə işləyir.

 

TANRIVERDİYEV İNTİQAM YUNUS OĞLU

 

 

26 avqust 1971-ci ildə Lacın rayonunun Mığıdərə kəndində doğulub. Orta məktəbi doğma kəndlərində bitirdikdən sonra Bakıya gəlib.

Bir müddət Bünyad Sərdarov adına maşınqayırma zavodunda işləyib. 1989-cu ildə indiki Səbail rayonundan sovet ordusu sıralarına həqiqi hərbi xidmətə yollanıb.

1991-ci ildə sovet ordusundan tərxis olunandan sonra Sumqayıt trikotaj fabrikində işə duzəlib.

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini görən İntiqam Tanrıverdiyev 1992-ci ilin iyun ayında könullu olaraq 713 nömrəli hərbi hissənin şəxsi heyətinin sıralarına yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın tərkibində Laçın və Ağdərə uğrunda gedən hərbi əməliyyatlarda iştirak edib.

Ordudan tərxis olunduqdan sonra ticarətlə məşğul olub, tikinti materialları dükanında işləyib.

2004-cü ildən 2013-cü ilə qədər kompüter texnologiyası sistemində fəaliyyət göstərib. Sonradan bir neçə il taksi fəaliyyətilə məşğul olub.

Orta təhsillidir.

Ailəlidir, bir oğlu var.

2018-ci ildən işsizdir.

 

 

RZAYEV QƏŞƏM AMAN OĞLU

8 fevral 1968-ci ildə Cəlilabad rayonunun Astanlı kəndində anadan olub.

1975-1985-ci illərdə Astanlı kənd orta məktəbində oxuyub.

1986-1988-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. 6 ay Moskva ətrafında olan Çilino qəsəbəsində yerləşən hərbi hissədə kəşfiyyat üzrə təlim alaraq serjant rütbəsi ilə Monqolustana göndərilib. 1 il 6 ay orada xidmət edib.

Ali təhsillidir.

1989-1994-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyub. Tələbə vaxtı 1992-ci ildə könüllü şəkildə hərbi birləşməyə yazılaraq Ermənistanın işğalçı ordusuna qarşı döyüşüb. 713 nömrəli hərbi hissənin birinci rotasının nəzdində Laçın və Ağdərə rayonları istiqamətində gedən qanlı döyüşlərdə 1992-ci ilin noyabr ayına qədər iştirak edib.

1993-cü ilin may ayından sentyabrın axırına qədər 701 saylı hərbi hissənin kəşfiyyat rotasında vzvod komandiri kimi Murovdağ istiqamətində gedən döyüş və kəşfiyyat əməliyyatlarının iştirakçısı olub.

1994-1996-cı illərdə Bakıda özəl aptekdə əzcaçı kimi işləyib.

1996-1999-cu illərdə Hərbi Hava hücumundan müdafiə qüvvələrinin poliklinikasında aptek müdiri vəzifəsində zabit kimi xidmət edib.

1999-cu ildən 2001-ci ilə qədər özəl şirkətdə aptek müdiri kimi fəaliyyət göstərib. 2001-ci ildən Zeytun-62 və 2006-cı ildən Zeytun-367 apteklərində aptek müdiri kimi çalışır.

Ailəlidir, 3 oğlu var.

Böyük oğlu BDU-nun kimya fakültəsinin 1-ci kurs tələbəsidir.

Digər iki oğlu orta məktəbdə təhsil alır.

 

 

MÜRSƏLOV BAKİR ƏFQAN OĞLU

 

1 oktyabr 1970-ci ildə Laçın rayonunun Vağazin kənd sovetliyinin Kalafalıq kəndində anadan olub.

1977-ci ildə Kalafalıq kənd ibtidai məktəbinə qəbul olub, 1988-ci ildə Vağazin kənd orta məktəbini bitirib. Orta məktəbi bitirdikdən sonra Mirhəsən Vəzirov adına Şuşa kənd təsərrüfatı texnikumuna daxil olub.

1988-ci ildə sovet ordusu sıralarına çağrılıb. Həqiqi hərbi xidmətini Çita və Ulan-ude şəhərlərində rabitəçi kimi başa vurub.

Ordudan tərxis olunduqdan sonra 1991-ci ilin yanvarından texnikuma bərpa olunub, məlum hadisələrlə əlaqədar 1994-cü ildə texnikumu bitirib.

Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarını işğal etdiyini görən Bakir Mürsəlov 1992-ci ildə könüllü olaraq 713 nömrəli hərbi hissənin şəxsi heyətinin sıralarına yazılır. Şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci rotanın tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

1994-cü ildən Laçın rayon Polis şöbəsinin PPX batalyonunda Füzuli bölğəsində və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində döyüş bölgəsində xidmət edib.

1998-ci ildən 2014-cü ilə kimi Rusiyada yaşayıb, ticarətlə məşğul olub. 2014-cü ildən bu günə kimi fərdi fəaliyyətlə – şlaqbaumların, qaraj qapılarının yığılıb hazırlanması və quraşdırılması işiylə məşğuldur.

Orta təhsillidir.

Ailəlidir, 2 yaşında qız övladı var.

 

BAĞIROV MEHRAB XUBİŞ OĞLU

 

 

3 sentyabr 1968-ci ildə Yardımlı rayonu Qabaqdibi kəndində anadan olub.

1975-ci ildə həmin kəndin səkkizillik məktəbinin I sinifinə daxil olub, 1985-ci ildə qəsəbə 2 saylı orta məktəbi bitirib.

1985-ci ildə Çelyabinsk Ali tank qoşunları komandirləri məktəbinə daxil olmuş, lakin xoşu gəlmədiyi üçün öz ərizəsiylə məktəbi tərk edərək Bakiya qayıdıb.

Ali təhsillidir.

1986-cı ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub, 1993-cü ildə İqtisadiyyat Universitetini bitirib. İxtisasca iqtisadçı auditordur.

1986-1988-ci illərdə sovet ordusunda HMQ-lərində Moskvada 6 ay oxuyandan sonra şimal istiqamətində həqiqi hərbi xidmətdə olub.

Qiyabi oxuyaraq 1985-1989-cu illərdə Bakıda avtobazada çilingər, 1989-1999-cu illərdə MİK-da mühasib, 1999-2000-ci illərdə Müdafiə Nazirliyinin Baş Evlər idarəsində iqtisadçı, 2000-2019-cu illərdə Bakı Metropoliteni baş idarəsində smeta üzrə mühəndis, sonra ekspert kimi çalışıb.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini görən Bağırov Mehrab da digər soydaşlarımız kimi Vətənin müdafiəsinə qalxır. 1992-ildə 713 nömrəli hərbi hissənin tərkibində Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Rəhman İsgəndərovun komandiri olduğu birinci rotada qumbaraatan və hərbi hissənin maliyyə xidmətinin rəisi olub.

Ailəlidir, bir qızı, bir oğlu var.

Qızı onuncu, oğlusa altıncı sinifdə oxuyur.

2019-cu ilin aprel ayının 1-dən Bakı Metrolayihə İnstitutunda smeta üzrə mütəxəssis kimi çalışır.

 

ABDULƏZİMOV ABBAS İSMAYIL OĞLU

 

 

7 dekabr 1964-cü ildə Lacın rayonunun Aqcayazı kəndində anadan olub. 1971-1981-ci illərdə Laçın rayonu, Vağazin kənd orta məktəbində oxuyub.

1983-85 ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

1992-ci ilə qədər meşə idarəsində sürücü, daha sonra Aqcayazı kəndində olan mağazada işləyib.

1992-ci ildə 811 saylı özünümudafiə batalyonunda xidmət edib. Tağım komandiri hazırda Lacın rayonu, Ardıclı-Aqcayazı ərazi numayəndəsi olan Əli Cabbarov olub.

1992-ci ilin iyun ayının 1-dən oktyabra qədər 713 nömrəli hərbi hissədə xidmət etmiş, şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən qanlı döyuşlərdə işğalçı Ermənistanın silahlı birləşmələrinə qarşı döyüşüb.

1994-cü ildən 2000-ci ilə qədər Bakı şəhər, Xətai rayon mənzil kommunal təsərrüfatı birliyində sürücü işləyib.

2000-ci ildə xəstəliyi ilə əlaqədar olaraq təqaüdə çıxıb. İkinci qrup əlildir.

Orta təhsillidir.

Ailəlidir, üç övladı, bir nəvəsi var.

Böyük oğlu DİN Nəsimi rayon şöbəsində işləyir.

Kiçik oğlu hərbi xidmətdədir.

Qızı ailəlidir.  

 

ƏLİXANOV NOFƏL ŞURA OĞLU

12 fevral 1963-cü ildə Ağstafa şəhərində anadan olub. 1970-80-ci illərdə Ağstafa şəhərində yerləşən 24 saylı orta məktəbdə oxuyub.

1980-1982-ci ildə Bakı şəhəri, Sabuncu rayonunda yerləşən 88 nömrəli texniki peşə məktəbində oxuyub.

1982-84-cü ildə Belarusiyanın Minsk və Qrodnu şəhərlərində həqiqi hərbi xidmətdə olub.

1984-cü il may-oktyabr aylarında Ağstafanın Bõyük-Kəsik dəmir yolu stansiyasında DPP vəzifəsində calışıb.

1984-1987-ci illərdə “Xəzərneftqazflot’-da sərnişin gəmisində bosman işləyib.

Bundan sonra Bakı soyuducular zavodunun plastik kütlə sexində elektrik-elektroncu kimi işə düzəlib.

1992-1993-cü illərdə işğalçı Ermənistana qarşı Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edib. 713 nömrəli hərbi hissənin tərkibində olan birinci rotada bõlmə komandiri olub.

Müharibədən sonra fəaliyyətini yenə də soyuducular zavodunda davam etdirib. 2012-ci ildə soyuducular zavodundan cıxıb ayrı-ayrı sahələrdə işləyib.

Orta təhsillidir.

Ailəlidir, bir qızı, bir oğlu, 6 nəvəsi var.

Qızı orta təhsillidir, evdardır, işsizdir.

Oğlu orta təhsillidir. Metropolitendə işləyib, sonradan səhhətiylə əlaqədar olaraq işdən çıxıb.

Əlixanov Nofəl Şura oğlu hazırda “Real”MMC tikinti şirkətində calışır.

 

BƏNDƏLİYEV FƏXRİ SAYBALI OĞLU

 

12 aprel 1973-cü ildə Laçın rayonunun Pırcahan kəndində anadan olub.

1980-1990-cı illərdə Pircahan kəndindəki indiki Bəhmən Səfərəliyev adına orta məktəbdə oxuyub.

1990-cı ildə Rüstəmzadə adına Bakı energetika kollecinə qəbul olub.

1991-ci ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə yollanıb.

Ölkəmizdə baş qaldıran separatizmə dəstək verən Ermənistanın tərəf olaraq birbaşa  işğalçılıq siyasətini görən Bəndəliyev Fəxri 1992-ci ilin mart ayından 811 nömrəli hərbi hissəyə daxil olub. Bir müddət həmin hərbi hissə ilə birgə döyüşdükdən sonra Bakı şəhərində yeni yaranan 713 nömrəli hərbi hissəyə könüllü olaraq yazılıb. Üçüncü rotanın tərkibində döyüş əməliyyatlarında iştirak edib.

Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.

Prezident təqaüdçüsüdür.

Ordudan 1996-cı ilin iyun ayında tərxis olunduqdan sonra təhsilini davam etdirərək 1997-ci ildə kolleci bitirib.

Müharibədən sonra ictimai iaşə müəssisələrində işləyib. Hazırda “Romans Palase”da aşpaz işləyir.

Orta təhsillidir.

Ailəlidir, bir oğlu, bir qızı  var.

Qızı Xarici Dillər Universitetini bitirəndən sonra magistraturaya qəbul olub. Alman dilini bilir.

Oğlu orta məktəbi bu il qurtarıb.

 

 ALIYEV CABBAR ASLAN OĞLU

 

15 iyul 1963-cü ildə Laçın rayonunun Mişni kəndində anadan olub.

1970-1980-ci illərdə Mişni kənd orta məktəbində oxuyub.

1980-ci ildə Bakı politexnik texnikumuna daxil olub.

1981-1983-cü illərdə sovet ordusu sıralarında hərbi xidmətini Ukraynada keçib. Əfqanıstana göndəriləcək tank birləşmələri daxilində mexanik-sürücü kimi kurs keçib. Sonradan SSRİ-nin Qərb qoşunlarına göndərilib, Karpatətrafı hərbi dairədə xüsusi təyinatlı motoatıcı alayda baş mexanik sürücü kimi xidmət edib.

Hərbi xidmətdən sonra Bakı politexnik texnikumundan çıxıb Bakı Baş Tikinti İdarəsində işləyib. Komsomolçu kimi Saratov şəhərinə işləməyə göndərilib. Saratov şəhərindən qayıtdıqdan sonra Sənaye Tikinti Nazirliyinin 4 nömrəli tikinti trestində işləyib.

Ali təhsillidir.

1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsinə daxil olub, 1990-cı ildə həmin fakültəni bitirib. Təyinatla Laçın rayonunun Mişni kənd orta məktəbinə göndərilib.

1992-ci il Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalından sonra könüllü olaraq yeni yaradılan 713 nömrəli hərbi hissəyə daxil olub. 713 nömrəli hərbi hissənin birinci rotasında bölmə komandiri, sonra birinci rotanın komandir müavini, bir müddətdən sonra da birinci rotanın komandiri olub.

713 nömrəli hərbi hissə ləğv edildikdən sonra Laçın rayon polis şöbəsində post patrul batalyonunda daxili əmrlə rota komandiri olub. Füzuli bölgəsində olub.

1996-cı il dekabr ayında LRPŞ-dən öz ərizəsiylə tərxis olunub.

Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsində 7 saylı Laçın orta məktəbində 1997-ci ildən hərbi rəhbər kimi işləməyə başlayıb. Paralel olaraq həm də 2005-ci ildən H.Əliyev adına Bakı Dərin Özüllər zavodunda işə daxil olub.

2016-cı ildən 7 saylı Laçın orta məktəbindəki pedaqoji fəaliyyətindən könüllü olaraq uzaqlaşıb.

Hal hazırda H.Əliyev adına BDÖZ-da quraşdırıcı işləyir.

Ailəlidir, 2 oğlu var.

Övladlarının hər ikisi hərbi xidməti başa vurub.

Böyük oğlu Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində oxuyur. 

Kiçik oğlu Azərbaycan Dövlət Dənizçilik Akademiyasının nəzdində Kollecdə gəmi mexaniki üzrə oxuyur. Hər ikisi sybaydır.

 

 

TEYMURLU İGİD TAPDIQ OĞLU

 

 

31 avqust 1968-ci ildə Yardımlı rayonunun Alçabulaq kəndində anadan olub.

1975-1985-ci illər arasında Yardımlı rayonu, Alçabulaq kənd orta məktəbində oxuyub.

Ali təhsillidir.

1985-ci ildə M.Əliyev adına ADMİU-na daxil olub.

1987-1989-cu illər arasında Uzaq Şərq hərbi dairəsində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 6 ay tank qoşunları hərbi hissəsində xüsusi kurs keçib, sürücü-mexanikdir. Sonradan Ussuriysk şəhərində, Kamen-Rıbalovda və Duxovckoyda motoatıcı diviziyada piyada qoşun hissəsində qumbaraatan olub.

1989-cu ildə hərbi xidmətdən tərxis olunandan sonra təhsilini davam etdirib. Paralel olaraq o dövrün bütün ictimai-siyasi proseslərinin ən aktiv iştirakçılarından biri olub. Təhsil aldığı Mədəniyyət və İncəsənət Universitetində dövrün aparıcı siyasi qüvvəsi olan Xalq Cəbhəsinin dayaq dəstəsini yaradanlardan olub.

1991-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Yardımlı rayon mədəniyyət şöbəsinə göndərilib. Həmin rayonda mədəniyyət şöbəsində 5 ay bədii rəhbər kimi fəaliyyət göstərib.

1992-ci ilin yanvarından 1992-ci ilin may ayına qədər Azərbaycan televiziyasında ədəbi-bədii proqramlar studiyasında rejissor asissenti kimi çalışıb.

Azərbaycan topraqlarının Ermənistan tərəfindən işğal edilməsindən sonra Teymurlu İgid 1992-ci il aprelin axırında Müdafiə Nazirliyinə müraciət edərək könüllü şəkildə orduya getməsini bildirsə də, buna müsbət cavab almayıb. İkinci dəfə mayın əvvəlində Müdafiə Nazirliyinə müraciət edəndə bu struktur qarşısında toparlanan könüllülərin dəstəyilə yeni formalaşan 713 nömrəli hərbi hissəyə daxil olub.

713 nömrəli hərbi hissəyə daxil olan, Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.

Ordudan tərxis olunandan sonra 1992-1996-cı illərdə qısa müddətlərdə tikinti sektorlarında fəhlə kimi işləyib. Paralel olaraq ara-sıra ölkə mətbuatında publisistik yazılarla çıxış edib.

1997-ci ildən etibarən Azərbaycanın mətbu sferasında ayrı-ayrı qəzetlərdə ştatdankənar müxbir, müxbir, parlament müxbiri, şöbə redaktoru kimi fəaliyyət göstərib.

2006-cı ildən ARDNŞ “Neft Daşları” NQÇİ-də operator işləyir və bununla paralel şəkildə jurnalistika fəaliyyətini də davam etdirir.

Hal-hazırda Versus.az saytında siyasət şöbəsinin redaktorudur.

Ailəlidir, iki qızı, bir oğlu var.

Böyük qızı Azərbaycan Müəllimləri İnstitutunun filologiya və psixologiya fakültəsini bakalavr dərəcəsiylə bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetin məktəbəqədər təhsil və tərbiyə işi üzrə magistratura pilləsini də başa vurub. Öz ixtisası üzrə işləyir.

Kiçik qızı Bakı Slavyan Universitetini bitirib. Öz ixtisası üzrə müəllim işləyir.

Oğlu hazırda orta məktəbdə oxuyur, beşinci sinif şagirdidir. Səhhətiylə əlaqədar olaraq ev təhsilinə cəlb olunub.

 

RƏHİMOV MÜŞFİQ MƏHİŞ OĞLU

 

16 aprel 1970-ci ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

1977-ci ildə Bəhmən Səfərəliyev adına Pircahan kənd orta məktəbinin birinci sinfinə daxil olub.

1985-ci ildə Şuşa şəhərində yerləşən texniki peşə məktəbinə qəbul olub.

1988-ci ildə Laçın rayonu hərbi komissarlığından hərbi xidmətə yollanıb. Xidmətini Polşada piyada qoşun hissələrində davam etdirən Müşfiq sonradan qalan 3 ayı Moskva şəhərində başa vurur. SSRİ dağılmazdan öncə hərbi xidmətini başa vurub 1990-cı ildə doğma kəndlərinə qayıdır.

1990-cı ildə erməni separatizminin baş qaldırdığını görən Müşfiq özünümüdafiə batalyonuna yazılır. Sonradan erməni separatizmi Ermənistan dövləti tərəfindən birbaşa dəstəklənir və Ermənistan bu müharibədə birbaşa tərəf kimi çıxış edir. 

1992-ci il 18 mayda Laçın işğal olunandan sonra Bakıda yeni yaradılan 713 nömrəli hərbi hissəyə könüllü olaraq yazılır. 713 nömrəli hərbi hissənin nəzdində Budaq Nəsibovun komandiri olduğu üçüncü rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra bir müddət sərhəd qoşunlarında xidmət edib. Sonrakı dövrlərdə özəl biznes fəaliyyətilə məşğul olub.

Orta təhsillidir.

Ailəlidir, iki qızı, bir oğlu var.

Böyük qızı Bakı Dövlət Universitetinin SABAH qrupları üzrə filologiya fakültəsini bitirib.

Oğlu Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə təhsil alır.

Kiçik qızı ali təhsil almaq üçün kurslarda təhsil alır.

Hal-hazırda Laçın rayonu 35 nömrəli tam orta məktəbində kitabxanaçı vəzifəsində işləyir.

Rəhimov Müşfiq Məhiş oğlu hazırda Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə-131 A, mənzil 3-də yaşayır.

 

ƏHMƏDOV AZƏR SƏMƏD OĞLU

 

3 iyun 1971-ci ildə Laçın rayonunun Haqnəzər kəndində anadan olub.

1978-ci ildə Ərdəşəvi kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1988-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib.

Ali təhsillidir.

1988-ci ildə Bakı Dövlət Universitetinin geologiya fakultəsinə qəbul olub.

1989-cu ildən Xalq Cəbhəsinə üzv olub, Azərbaycanın müstəqilliyi uğrunda gedən ictimai-siyasi proseslərdə aktiv iştirak edib.

1989-cu ilin sonlarında Bayram Bayramovun sədirlyi ilə yaranan Qarabağa Xalq Yardımı Komitəsinə qoşulub. 1990-cı ildə həmin Komitənin könüllülərdən ibarət tələbələr dəstəsi ilə ermənilərin atəş nöqtələrilə daim təhlükə altında olan rayonlara ezam olunub. Xocalı rayonunun Meşəli kəndində və digər kəndlərimizin müdafiəsində iştirak edib.

Təhsil aldığı ali məktəbdə hərbi kafedra olduğu üçün həqiqi hərbi xidmətə çağrılmayıb.
1992-ci il 18 mayda Laçın rayonu Ermənistan tərəfindən işğal olunduqdan sonra yenidən könüllülər dəstəsinə qoşulub və 713 nömrəli hərbi hissənin komendant rotasında Laçın və Kəlbəcər rayonları ərazisində döyüş əməliyyatlarında iştrak edib. 713 nömrəli hərbi hissə ləğv olunduqdan sonra 811 nömrəli hərbi hissədə və 701 saylı hərbi hissədə qulluq edib.

1994-cu ildə qara və ağ ciyərində yaranan xəstəliklərlə əlaqədar olaraq Bakı şəhərinə müalicəyə göndərilib. BDU-nu 1994-cü ildə bitirsə də, səhhətilə əlaqədar olaraq öz ixtisası üzrə işləyə bilməyib.

1997-ci ildə müalicə aldıqdan sonra Azərbaycan Neft Emalı Zavodunda sahə ustası kimi işə düzəlib.

1999-cu ildə öz ərizəsilə BNEZ-dən işdən çıxıb Xəzər Dəniz Gəmiçilik İdarəsində mühafizə işində işləyib.

2001-ci ildə yenə öz ərizəsilə işdən çıxaraq “Azərsu” ASC-də çilingər işinə düzəlib və indiyədək də orada işləyir.  

Ailəlidir, iki oğlu var: biri 17, o biri isə 9 yaşındadır.

Böyük oğlu məktəbi bu il bitirir.

Kiçik oğlu orta məktəbin 3-cü sinfini bitirir.

 

İSAYEV MƏMMƏD İSA OĞLU

 

26 iyul 1970-ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub.

1977-ci ildə Vağazin kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1987-ci ildə Vağazin kənd tam orta məktəbini bitiribdir.

1987-ci ildə Rostov vilayətinin Novoçerkaksski şəhərində SPTU-55 nömrəli peşə məktəbinə daxil olub, 1988-ci ildə həmin məktəbi bitirib. Bu təhsillə parallel olaraq sürücülük məktəbində də oxuyub.
1988-1990-cı illərdə sovet qoşunlarının tərkibində Almaniyada həqiqi hərbi xidmətdə olub. 
1991-ci ildən 1994-cü ilə qədər Bakı şəhərində “Azneft ÜTT 1”-də sürücü işləyib.

Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsini görən İsayev Məmməd də digər həmkəndliləri kimi Vətənin müdafiəsinə qalxır.  1 iyul 1992-ci ildə vətənin müdafiəsi üçün 713 nömrəli hərbi hissəyə könüllü olaraq qoşularaq şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci rotada xidmət edib. Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. 

Ordudan tərxis olunduqdan sonra 1995-ci ildən Bakı şəhərində sərnişindaşıma müəssisələrində mexanik-çilingər vəzifəsində çalışır.

Orta təhsillidir.

Ailəlidir, bir oğlu, bir qızı var.

Oğlu Texniki Universiteti bitirib, hal-hazırda hərbi xidmətdədir.

Qızı təhsilini artırmaq məqsədilə əczaçılıq kursuna gedir.

 

 

SƏFƏRƏLİYEV MEHMAN ÇƏRKƏZ OĞLU – ŞƏHİD

Səfərəliyev Mehman Çərkəz oğlu 01.09.1959-cu ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

Şəhid qardaşı Bəhmən Səfərəliyevin adını daşıyan Laçın rayonu, Pircahan kənd orta məktəbini bitirən Mehman Səfərəliyev 1979-1981-ci illərdə Xabarovsk vilayətində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

1981-ci ildə hərbi xidməti başa vuran Mehman elə həmin il ailə həyatı qurmuş və işləmək üçün ailəsi ilə Bakı şəhərinə köçüb.

1981-1989-cu illər arasında müxtəlif sahələrdə işlərdə işləmiş, 1989-cu ildə Xırdalan qəsəbəsində Pircahan kooperativini yaradıb.

Azərbaycan torpaqları Ermənistan tərəfəindən işğala məruz qaldıqdan sonra Mehman Səfərəliyev 1992-ci ildə könüllü olaraq ordu sıralarına yazılır. Qardaşları Bəhman Səfərəliyev və Rəhim Səfərəliyev ilə birlikdə yeni formalaşan 713-cü hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil olur. Torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulan Mehman bir çox uğurlu hərbi əməliyyatlarda iştirak edir.

1992-ci il sentyabr ayının 18-də Laçın rayonunda Hoçaz döyüşləri zamanı qardaşı Bəhman Səfərəliyevin idarə etdiyi UAZ markalı avtomobillə onun gözləri önündə minaya düşüb ağır yaralanır. Mehman Səfərliyev bir neçə döyüş yoldaşı ilə birlikdə yaralı qardaşını tibb məntəqəsinə çatdırsalar da, amma nə yazıq ki, Bəhmən Səfərəliyev onun qolları arasında dünyasını dəyişib Şəhidlik Zirvəsinə ucalır. Qardaşının belə bir vəziyyətdə Mehman Səfərəliyevi mənəvi olaraq çox sarsıdır.

Qardaşının dəfnindən sonra yenidən döyüş yoldaşlarının yanına – orduya qayıdan Mehman Səfərəliyev 713-cü hərbi hissə ləğv olunana qədər döyüşür.

Müharibədən sonra psixoloji sarsıntı halında olan Mehman Səfərliyev 1996-cı ilə qədər müharibənin acı xatirələrinin ona vurduğu mənəvi zərbəyə görə heç bir yerdə işləyə bilmir.

1996-cı ildə Respublika Pasport Qeydiyyatı İdarəsi rəisinin sürücüsü, sonralar isə həmin idarədə nəzarətçi kimi işləyib.

2013-cü ilin dekabr ayında həkim müayinəsi zamanı keçirdiyi sarsıntıların sonucu olaraq xərçəng xəstəliyinə tutulması məlum olur.

Gərəkən müalicələr aparılsa da, Mehman Səfərəliyev 10.07.2014-cü ildə vəfat edib. Qəhrəman döyüşçü Xırdalan qəbirstanlığında dəfn olunub .

Orta təhsilli, ailəli olub.

Üç övladı, yeddi nəvəsi var.

Qızı orta təhsillidir, ailəlidir, 3 övladı var. Evdar xanımdır .

Böyük oğlu orta təhsillidir, ailəlidir, 2 övladı var. Yanğınsöndürmə və xilasetmə komandasında işləyir.

Kiçik oğlu orta təhsillidir, ailəlidir, 2 övladı var. Ərzaq dükanında işləyir.

Övladı hazırda Xırdalan şəhəri, 27-ci məhəllə, 12-ci bina, mənzil 20-də yaşayır.

 

SƏFƏRƏLİYEV BƏHMAN ÇƏRKƏZ OĞLU – ŞƏHİD

10 yanvar 1961-ci ildə Laçın rayon Pircahan kəndində anadan olub. 1968-1976-cı illərdə Pircahan kənd orta məktəbində oxuyub.

1976-1978-ci illərdə təhsilini Şuşa şəhər Texniki Peşə məktəbində davam etdirib.

1979-1981 ci-illər arasında Rusiyanın Xabarovski Vilayətində sovet ordusunda həqiqi hərbi xidmətdə olub.

Sovet ordusundan tərxis olunduqdan sonra Bəhmən Səfərəliyev doğma Pircahan kəndinə qayıdaraq ailə həyatı qurur, bir müddət  sonra ailəsiylə birlikdə Bakıya köçür.

Bakıda Qanköçürmə İnstitutunda sürücü işləyib.

Bir müddət Bakıda işlədikdən sonra Bəhmən Səfərəliyev yenidən Laçın rayonuna – Pircahan kəndinə qayıdır.

Pircahana qayıtdıqdan sonra doğma kənddə müxtəlif işlərlə məşğul olub.

1992-ci il may ayının 18-də Laçın rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunanda ailəsini Bakıya gətirib Xırdalan qəsəbəsində doğmalarının yanında yerləşdirərək böyük qardaşı Səfərəliyev Mehman Çərkəz oğlu və özündən kiçik qardaşı Səfərəliyev Rəhim Çərkəz oğlu ilə birlikdə könüllü olaraq yeni yaradılan 713 nömrəli hərbi hissənin tərkibinə daxil olub doğma yurdun müdafiəsinə yollanır. Bir çox uğurlu hərbi əməliyyatlarda iştirak edir.

1992-ci il sentyabrın 18-də Laçın rayonu, Hoçaz kəndi uğrunda gedən döyüşdə yaralı əsgərlərimizin aktiv döyüş zonasından çıxarılmasında Bəhmən Səfərəliyev idarə etdiyi UAZ markalı maşınla xüsusi rəşadət göstərmiş, bir çox əsgərlərimizin həyatını xilas etmişdir. Sonda iki döyüş yoldaşını xilas edib Höçaz yüksəkliyindən qayıdarkən Bəhmənin idarə etdiyi UAZ markalı maşın minaya düşür. Bir ayağını itirmiş Bəhmənə qardaşı Mehman Səfərəliyev və döyüş yoldaşları ilkin yardımı göstərib onu səyyar həkim məntəqəsinə çatdırsalar da, çoxlu qan itirdiyindən həyatını xilas etmək mümkün olmur. Beləcə Səfərəliyev Bəhman Çərkəz oğlu gözlərini əbədi yumub Şəhidlik zirvəsinə yüksəlir.

Məzarı Bakı şəhərində Şəhidlər Xiyabanındadır. Bəhmənin mübarək cisminin bir parçası döyüş yoldaşları tərəfindən doğulub boya başa çatdığı Pircahan kəndində basdırılıb.

Bu gün Pircahan kənd orta məktəbi ilk Şəhidi olan Bəhmən Səfərəliyevin adını daşıyır.

Bəhmən Səfərəliyev orta təhsilli olub.

Ailəli olub, iki oğlu, bir qızı var.

Qızı ali təhsillidir, ailəlidir. Evdar xanımdır.

Böyük oğlu ali təhsillidir, ailəlidir.

Kiçik oğlu ali təhsillidir, ailəlidir.

Hər 3 övladı Bakı şəhərində yaşayır.

 

ƏHMƏDOV QÜDRƏT İZZƏT ÖĞLU

 

 

25 iyul 1972-ci il ildə Laçın rayonunun Haqnəzər kəndində anadan olub. Orta təhsilini qonşu Ərdəşəvi kəndində alıb.

Sovet ordusu sıralarına 1991-ci ildə çağırılan Qüdrət bir il Belarusiyanın Mozır şəhərində xidmət etdikdən sonra məlum hadisələrlə bağlı olaraq doğma yurda qayıdır.

1992-ci il 8 mayda Şuşanın Ermənistan silahlı birləşmələri tərəfindən işgalından sonra Əhmədov Qüdrət may ayının 14-də Bakıya dönür. Bir aydan sonra könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissəyə daxil olur.  713 nömrəli hərbi hissənin nəzdində olan komendant rotasında xidmətə başlayır.

Ərikli, Picənis, Vagazin, Ərdəsəvi, Pircahan, Təzəkənd və digər ərazilərin ermənilərdən təmizlənməsi əməliyyatlarında iştirak etmiş, eyni zamanda Sarıbaba  və Ağdərə istiqamətlərində gedən döyüş əməliyyatlarında öz hərbçi yoldaşlarıyla çiyin-çiyinə yurdumuzun müdafiəsində olub.

Sonuncu döyuş yolu Kəlbəcərdə, 1994-cü ilin yanvarın 17-də qış əməliyyatından keçib.

Müharibədən sonra bu günə qədər daş ustası kimi fəaliyyət göstərir. 

Orta təhsillidir.

Ailəlidir, üç uşagı, bir nəvəsi var.

Öz işini daş ustası kimi davam etdirir.

Böyük qızı ailəlidir.

Kiçik qızı orta məktəbi bitirib.

Oğlu bu ildən orta məktəbə gedəcək.

 

VERDİYEV BƏHRƏM ZÜLÜ OĞLU

 

 

1 mart 1969-cu ildə Laçın rayonunun Haqnəzər kəndində anadan olub.

1976-cı ildə Şuşa şəhərində 1 nömrəli internat məktəbinin birinci sinfinə daxil olmuş, 1986-cı ildə də orta məktəbi bitirib.

1987-ci ildə sovet ordusu sıralarına çağırılmış, əsgəri xidmətini Belarusiyada snayperçi olaraq yerinə yetirmişdir.

1989-cu ildə hərbi xidmətini başa vurduqdan sonra vətənə dönüb.

1992-ci il mayın 17-dən könüllü olaraq yeni formalaşan 713 nömrəli  hərbi hissənin tərkibinə qatılıb Azərbaycan torpaqlarını işğal edən Ermənistan hərbi birləşmələrinə qarşı döyüşüb. Komendant rotasında xidmət edib.

1993-cü ilin noyabrından Kəlbəcərdə 702 saylı briqadanın tərkibində döyüş yolu keçib.

1993-cü il Horadiz əməliyyatında iştirak edib.

Ailə vəziyyətilə əlaqədar olaraq atəşkəsdən sonra ordudan tərxis olunub.

O zamandan 2000-ci ilə qədər fəhlə işləyib. 2001-ci ildən avtobus sürücüsüdür.

Orta təhsillidir.

Ailəlidir, iki qızı, bir oğlu, iki nəvəsi var.

Böyük qızı ailəlidir, Zərdab rayonunda yaşayır, işsizdir.

Kiçik qız orta təhsillidir, işsizdir.

Oğlu səhhətində problem olduğuna görə əsgəri xidmətdə olmayıb, işsizdir.

 

YUSUBOV YUSİF BƏDRƏDDİN OĞLU

 

 

10 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub.

1975-1985-ci illərdə Bakı şəhəri, Nəsimi rayonundakı 240 saylı orta məktəbdə təhsil alıb.

1988-1990-cı illərdə sovet ordusu sıralarında xidmət edib.

1990-1993-cü illərdə Bakı Yüngül Sənaye Texnikumunda oxuyub.

1992-ci ildə Laçın istiqamətində Azərbaycan torpaqlarını işğal edən Ermənistan hərbi birləşmələrinə qarşı aparılan döyüşlərə qatılıb. 713 nömrəli hərbi hissədə  Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın tərkibində bir çox hərbi əməliyyatlarda iştirak edib.

1993-cü ildən daxili işlər orqanlarında çalışıb. Əvvəlcə bələdiyyə polisində xidmət edib.

1993-1994-cü illərdə dövlət obyektlərinin mühafizə polisində manqa komandiri, sonradan Nərimanov rayonunda manqa komandiri olub.

Orta təhsillidir.

Ailəlidir, bir oğlu, bir qızı var.

Oğlu Sumqayıt Dövlət Universitetinin kompüter mühəndisliyi fakültəsini bitirib. Hazırda hərbi xidmətdədir.

Qızı Sumqayıt Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib. Hazırda işsizdir.  

2018-ci ildən təqaüdçüdür.

 

HƏSƏNOV QADİR ƏFİLAĞA OĞLU (ŞƏHİD ƏFİLAĞA HƏSƏNOVUN OĞLU)

 

10 avqust 1986-cı ildə Cəlilabad rayonunun keçmiş Pakrovka, indiki Günəşli kəndində anadan olub. 

1992-ci ildən Bakıya köçüblər. 1993-2003-cü illər arasında Yasamal rayonu 20 saylı litsey məktəbdə oxuyub.

Ali təhsillidir. 2007-ci ildə Azərbaycan Universitetinin tarix fakultəsinin məzunu olub.

2008-ci ildə həqiqi hərbi xidməti başa vurub.

Müxtəlif sahələrdə çalışıb, şirkətlərdə satışla məşğul olub.

2014-cü ildə anası Həsənova Mərifət Musa qızı dünyasını dəyişib.

 Qardaşı Həsənov Qalib Əfilağa oğlu Yasamal rayonu 20 saylı litsey məktəbin məzunudur. Ailəlidir, 2 uşağı var.

Hazırda tikinti şirkətində komendant işləyir.
Qardaşı Həsənov Elvin Əfilağa oğlu Yasamal rayonu 20 saylı litsey məktəbin məzunudur. Subaydır. Məişət Maşınları ASC-də mühasib köməkçisidir.

Ailəlidir, iki qız övladı var, şəhid Əfilağa Həsənovun oğludur.

Hal hazırda “Bakı Məişət Maşınları” ASC-də işləyir.

 

MİRZƏYEV ETİBAR CABBAR OĞLU

 

30 may 1969-cu ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub.

1976-cı ildə elə həmin kənddə orta məktəbin birinci sinfinə daxil olub 1986-cı ildə məktəbi bitirib.

1987-ci ildə sovet ordu sıralarına hərbi xidmətə çağrılıb. 1989-cu ildə hərbi xidməti başa vurandan sonra 1991-ci ildə Xəzər Dəniz Neft Donanması idarəsində matros vəzifəsində çalışıb.

1992-ci ilin may ayında 701 nömrəli briqadanın tərkibində 713 nömrəli hərbi hissəyə könüllü olaraq daxil olub. Rəhman İsgəndərovun komandiri olduğu birinci rotada xidmət edib. Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə Azərbaycan torpaqlarını işğal edən Ermənistan silahlı birləşmələrinin geri oturdulmasında iştirak edib.

Müharibədən sonra yenidən öz işinə başlayıb. Xəzər Dəniz Neft Donanmasında matros kimi fəaliyyət göstərib.

1995-ci ildə Bakı Dənizçilik Peşə məktəbini bitirib.

1997-2000-ci illər arasında Xəzər Gəmiçilik İdarəsində motorçu kimi işləyib.

Orta təhsillidir.

Ailəlidir, iki qızı , bir oğlu var.

Hər üç övladı Səbail rayonu, Bayıl qəsəbəsində 51 saylı orta məktəbdə təhsil alır.

Hazırda Binə ticarət mərkəzində kafedə işləyir.

 

 

 ŞÜKÜROV RAFİQ KƏRİM OĞLU

 

11 iyun 1960-cı ildə Bakı şəhərində doğulub.

1967-ci ildə Laçın rayonu, şəhid Bəhman Səfərəliyev adına Pircahan kənd orta məktəbinə daxil olub, 1977-ci ildə həmin məktəbi bitirib.

1977-1978-ci illərdə Bakı şəhərində 12 saylı Texniki Peşə məktəbində oxuyub. Məktəbi bitirəndən sonra bir ay Bakı şəhərində öz ixtisasına uyğun olaraq məişət avadanlığı təmiri üzrə işləyib.

1978-1980-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

1981-ci ildən öz ixtisası üzrə Bakı şəhərində işləməyə başlayıb.

1992-ci ildə rus və erməni birləşmələrinin iştirakıyla törədilən Xocalı soyqırımından sonra könüllü olaraq orduya getmək üçün Nəsimi hərbi komissarlığına 3 dəfə müraciət etsə də, müsbət cavab almayıb.

Şuşa və Laçının işğalından sonra Bakı şəhərində yaradılan könüllülərin qərargah rəisi Alış Rüstəmova müraciət edib və  həmin ilin iyul ayının əvvəllərində könüllü olaraq Kəlbəcərdən Laçın istiqamətinə yola düşüb.

Piçənis kəndində 713 nömrəli hərbi hissənin tərkibinə qatılaraq  üçüncü rotada xidmət edib. Laçın və Ağdərə rayonlarında  Ermənistan silahlı birləşmələrinə qarşı aparılan hərbi əməliyyatlarda iştirak edib.

1992-ci ilin oktyabr ayında müdafiə nazirinin əmri ilə ordudan tərxis olunub.

Orta təhsillidir.

Ailəlidir, iki oğlu, iki nəvəsi var.

Böyük oğlu ali təhsillidir. BDU-nun fəlsəfə fakültəsini fərqlənmə diplomuyla bitirib, magistraturaya daxil olub. Elmlər Akademiyası nəzdində aspiranturaya daxil olub. Hazırda ixtisası üzrə işləmir, səyyar mebel akssessuarları satışıyla məşğuldur.

Kiçik oğlu orta təhsillidir. Binəqədi rayon 99 saylı orta məktəbdə oxuyub. Sağlamlığıyla əlaqədar olaraq əsgəri xidmətdə olmayıb. Kombi ustası kimi fərdi fəaliyyətlə məşğuldur. Atasıyla birgə yaşayır.

Şükürov Rafiq Kərim oğlu hazırda Müşfiq yeni yaşayış massivində yaşayır.

 

 

AĞAKİŞİYEV NƏSİMİ QAYTARAN OĞLU

 

5 mart 1973-cü ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

1980-ci ildə Pircahan kənd orta məktəbində birinci sinfə getmiş, 1990-cı ildə həmin məktəbi bitirib.

Füzuli rayonunda sürücülük məktəbini bitirib.

1991-ci ilin iyun ayında Rusiyanın Leninqrad şəhərində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Məlum hadisələrlə əlaqədar olaraq əsgəri xidmətdən yarımçıq qayıdan Nəsimi Laçın rayonunda təzə yaranan 811 nömrəli hərbi hissəyə yazılıb, həmin hərbi hissədə sürücü kimi xidmət edib.

1992-ci ilin may ayının 15-nə kimi  811 nömrəli hərbi hissənin tərkibində olub.

Ermənistan tərəfindən Laçın rayonu işğal olunduqdan sonra pərakəndə düşmüş 811 nömrəli hərbi hissəni tərk edib, ailəvi olaraq Ağcabədi rayonunun pambıq zavodunda məskunlaşıblar.

Bundan bir ay sonra 713 nömrəli hərbi hissədə könüllü olaraq xidmət etmək üçün qeydiyyata düşüb.

Kəlbəcərdən kecməklə Laçın istiqamətində bir çox kəndlərin erməni işğalçılarından təmizlənməsində iştirak edib.

713 nömrəli hərbi hissənin tərkibində üçüncü rotanın əsgəri kimi Laçın və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

713 nömrəli hərbi hissə ləğv ediləndən sonra müəyyən müddət işsiz olub.

1993-çü ildən indiyə kimi yük maşını sürücüsü işləyir.

Orta təhsillidir.

Ailəlidir, iki övladı var.

Böyük oğlu Abşeron rayonu, Ceyranbatan qəsəbəsində peşə litseyini bitirib. İctimai iaşə müəssisələrindən birində işləyir.
Kiçik oğlu orta təhsillidir. Hərbi xidmətini başa vurduqdan sonra işləmir.

Hazırda yük maşınında sürücü işləyir.

 

BƏYLƏROV SƏFƏR MƏTLƏB OĞLU (ŞƏHİD ƏRƏSTUN BƏYLƏROVUN QARDAŞI)

 

 

1 yanvar 1977-ci ildə Laçın rayonunun Alxaslı kəndində anadan olub.

1981-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “sovxoz” deyilən əraziyə köcüblər.

1984-cü ildə Binə qəsəbəsi, südçülük sovxozunda 218 saylı orta məktəbin birinci sinfinə daxil olub 1991-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirib.

101 nömrəli texniki peşə məktəbində sürücü-çilingər təhsili alıb.

1995-ci ildə Cinayət Məcəlləsinin 145-ci maddəsiylə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasıyla həbs edilib. 1999-cu ildə o zamankı dövlət başçısının əvf sərəncamıyla azadlığa buraxılıb.

Həbsdən sonra müalicə almaq üçün Moskvaya yollanıb. Bir il müalicə alandan sonra yenidən Vətənə qayıdıb.

Həbsdə olduğu üçün əsgəri xidmətdə olmayıb.

Orta təhsillidir.

Ailəlidir, bir oğlu, bir qızı var.

İşsizdir, şəhid Ərəstun Bəylərovun qardaşıdır.

Oğlunun yeddi, qızının 6 yaşı var.

Bir müddət ticarətlə məşğul olub. Fərdi dükanı var, icarəyə verib.

 

 PAŞAYEV DAŞQIN ATAKİŞİ OĞLU

 

7 aprel 1970-ci ildə Ağcabədi rayonunda anadan olub. Əslən Laçın rayonunun Hoçaz kəndindəndir. 

1977-ci ildə Hoçaz kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1987-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib.

Orta məktəbi bitirəndən sonra 1988-ci ildə sovet ordusu sıralarına çağırılıb. Xidmətini Orenburq vilayətində çəkib.

Ürəyində qüsur olduğuna görə vaxtından əvvəl əsgəri xidmətdən azad edilib.

Ermənistan Azərbaycan dövlətinin ərazilərinə qarşı işğaslçılıq siyasətinə başlayandan 1992-ci ilə qədər  Hoçaz kəndində özünümüdafiə dəstəsində çıxış edib.

1992-ci il 18 mayda Laçın işğal olunandan sonra Bakıya gəlib. Bakıda yeni formalaşan 713 nömrəli hərbi hissəyə daxil olub. Birinci rotanın tərkibində olub. Formalaşan batalyonda baş sürücü-mexanik olub. Hərbi hissə ləğv olunana qədər keçirilən bütün döyüş əməliyyatlarında iştirak edib.

1994-cü il 8 avqustda Bakı Dövlət Universitetinin yataqxanasında azərbaycanlı tələbə qızlara münasibətdə qeyri-etik davranış nümayiş etdirən əcnəbi vətəndaşı qətlə yetirdiyinə görə azadlıqdan məhrumetmə cəzasıyla həbs edilib.

1998-ci ilin avqust ayında həbsxanadan çıxandan sonra Rusiyaya yollanıb, Vladivostok şəhərində yaşayıb.

Ali təhsillidir. 2000-2005-ci illərdə Vladivostoikda Uzaq Şərq universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Bir müddət Rusiyada işlədikdən sonra 2010-cu ildə Azərbaycana qayıdıb.

Ailəlidir, bir qızı, bir oğlu var.

Qızı orta təhsillidir, ailəlidir, 3 övladı var.

Oğlu orta təhsillidir, evlidir, bir övladı var. Atasıyla birgə yaşayır.

Paşayev Daşqın hazırda işləmir, özünün heyvandarlıq və kənd təsərrüfatı sahəsində xüsusi biznesi var.

 

 

MƏMMƏDOV YUSİF SABİR OĞLU

 

16 sentyabr 1969-cu ildə Laçın rayonunda anadan olub.

1977-1985-ci illər Laçın rayonunun 1 nömrəli orta məktəbini bitirib.

1985-ci ildə Laçın rayonunun 127 nömrəli orta texniki peşə məktəbinə daxil olub, 1988-ci ildə oranı traktorist-çilingər ixtisası ilə bitirib.

1988-1991-ci illər Rusiyada hərbi dəniz donanmasında qulluq edib.

1991-ci il Laçın rayon Mədəniyyət şöbəsində kino-mexanik vəzifəsində çalışıb.

1992-ci il iyun ayında könüllü olaraq 713 nömrəli hərbi hissənin üçüncü rotasına daxil olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycana qarşı apardığı təcavüzün qarşısının alınmasında iştirak edib.

Orta təhsillidir.

Ailəlidir, iki övladı var.

Oğlu Göyçay Dövlət İdaretmə Kollecinin nəqliyyat vasitələrinin texniki istismarı ixtisası üzrə təhsilini başa vurub. Hazırda işləmir.

Qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2-ci kurs tələbəsidir.

Hazırda “Bakubus”da, 125 nömrəli sərnişin nəqliyyatında sürücü işləyir.

 

YUSİBOV FAMİL YUSİF OĞLU

 

21 aprel 1971-ci ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub.

1978-ci ildə Ağdərə rayonunun İsakov adına sovxozuna köçüblər. Orada erməni məktəbi olduğu üçün Ağdam səhərində internat orta məktəbinə daxil olub və 1988-ci ildə həmin məktəbi bitirib.

1989-1991-ci illərdə sovet ordusu sıralarında daxili qoşunların xüsusi alayında xidmət edib.

1991-ci ildə Sankt-Peterburq şəhərində yerləşən dəniz donanması üzrə hərbi akademiyaya qəbul olub.

Azərbaycanda baş qaldıran erməni separatizminin Ermənistan dövləti tərəfindən birbaşa dəstəkləndiyini görən Famil təhsilini yarımçıq qoyub 1991-ci ildə vətənə dönüb.

Elə həmin ilin may ayının sonlarınqan etibarən 809 nömrəli hərbi hissədə sıravi əsgər kimi fəaliyyət gostərib.

809 nömrəli hərbi hissədə olduğu müddətdə Çərəkdar, Agdaban, Aterk, Qozlukörpu, Zərdəxaç kəndləri uğrunda gedən döyuşlərdə istirak edib.

1992-ci ilin iyun ayından etibarən 713 nömrəli hərbi hissədə ikinci rotada öz döyüş fəaliyyətini davam etdirib.

1992-ci ildə Hocaz yuksəkliyi uğrunda gedən döyüşlərdə mərmi partlayışı nəticəsində muxtəlif bədən xəsarətləri alıb.

Hoçaz döyüşü zamanında rabitəçi olub.

1993-cü ilin iyunun axırında Seyfəli poliqonundan tərxis olunub.

1993-cu ildə səhhətiylə əlaqədar olaraq əvvəl Gəncədə, sonra Bakıda hərbi qospitalda müalicə alıb.

2000-ci ildə Rusyaya, Sankt-Peterburqa mualicəyə gedib. Bir il müalicə aldıqdan sonra 2015-ci ilə qədər Sankt-Peterburq səhərində iaşə müəssisələrində işləyib və orada yasayıb.

Orta təhsillidir.

Ailəlidir, iki yaşlı bir qızı, beş yaşında oğlan övladı var.

Ölkədən çıxışına qadağa qoyulub. Müdafiə Nazirliyinin və Sosial Müdafiə Nazirliyinin rəsmilərilə yaranan insidentə, eləcə də ticarətlə məşğul olan zaman dövlət bayrağımıza həqarət etdiyinə görə rus millətindən olan Azərbaycan vətəndaşına ciddi bədən xəsarəti yetirdiyinə görə qaldırılan cinayət işinə məhkəmə tərəfindən xitam verilməyib.

Yusifof Famil Yusif oğlu hazırda xırda ticarətlə məsguldur, Kafedə kababçı kimi fəaliyyət göstərir.

 

ƏSƏDOV BİLAL ƏLİŞ OĞLU

 

19 noyabr 1972-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub.

1980-1990-cı illərdə Laçın rayon Mişni kənd orta məktəbində oxuyub.

1991-ci ildə sovet ordusuna çağırılıb. Belarusiyada hərbi hava qüvvələrində xidmət keçib.

Ermənistanın Azərbaycana işğalçı hücumundan sonra digər soydaşlarımız kimi Bilal Əsədov da vətənə qayıdıb.

1992-ci ildə Azərbaycana gələndən dərhal sonra iyulun 20-də könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılıb.

Əsədov 713 nömrəli hərbi hissənin tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüş əməliyyatlarında iştrak edib. Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın əsgəri olub.

Ağdərə rayonundakı Vəng kəndinə hücumun səhəri günü sentyabrın 3-ü yoldaşlarıyla birgə “Malış” ləqəbli Asifi axtarmağa gedən zaman qolundan və qıçından yaralanıb.

Hərbi hissə ləğv edildikdən sonra 1993-1999-cu illər arasında Laçın rayon polis şöbəsinin PPX batalyonunda polis nəfəri vəzifəsində işləyib.

1999-cu il 1 iyundan təqaüdə çıxıb.

Orta təhsillidir.

Ailəlidir, bir oğlu, bir qızı var.

Oğlu doqquzuncu sinif şagirdidir. Ümid qəsəbəsindəki 7 saylı Laçın rayon orta məktəbində oxuyur.

Qızı səkkizinci sinif şagirdidir. Ümid qəsəbəsindəki 7 saylı Laçın rayon orta məktəbində oxuyur.

Əsədov Bilal hazırda H.Əliyev adına Dərin Dəniz Özülləri zavodunda işləyir. 

 

 

MUSTAFAYEV ƏDALƏT ŞURA OĞLU

 

1 dekabr 1968-ci ildə Laçın rayonunun İmanlar kəndində anadan olub.

1975-ci ildə Şuşa şəhərində səkkizillik məktəbin birinci sinfinə daxil olub, 1983-cü ildə həmin məktəbi bitirib.

1983-1985-ci illərdə texniki peşə məktəbində oxuyub.

1985-ci ildə Riqa şəhərində hərbi məktəbə daxil olub, 1990-cı ildə bu hərbi məktəbi bitirəndən sonra Bakıya gəlib. “Salyanski kazarma” deyilən hərbi hissədə  6 ay təlim keçib.

9 noyabr 1991-ci ildən 701 nömrəli briqadaya daxil olan 711 nömrəli hərbi hissənin tərkibində torpaqlarımızın Ermənistanın işğalçı ordusundan azad edilməsi uğrunda həyata keçirilən hərbi əməliyyatlarda tağım komandiri kimi iştirak edib. 1992-ci il 26 yanvarda Daşaltı əməliyyatı zamanı ağır yaralanıb.

Şuşa şəhərində yerli ərazi özünümudafiə batalyonunda bölük komandiri vəzifəsində olub.

Şuşanın işğalından sonra yeni yaradılan 713 nömrəli hərbi hissənin tərkibində olan ikinci rotanın komandiri olub.

1993-cu ilə qədər ön cəbhədə olub.

1993-cu ildən 1999-cu ilə qədər Müdafiə Nazirliyinin döyüş hazırlığı idarəsində təlimatçı vəzifəsində işləyib.

1999-cu ildə müdafiə nazirinin əmri ilə ordudan tərxis olunub.

1999-cu ildən 2007-ci ilə qədər özəl bizneslə məşğul olub.

2007-ci ildən “Azəryol” Açıq Səhmdar Cəmiyyəti idarəsində nəzarətçi vəzifəsində çalışıb.

2014-cű ildə səhhəti ilə əlaqədar olaraq işdən azad olunub.

Prezident təqaüdçüsüdür.

Ailəlidir, iki oğlu var.

Böyük oğlu Bakı Dövlət Universitetində təhsil alıb, hazırda Dövlət Yol Agentliyində çalışır.

Kiçik oğlu Bakı Dövlət Universitetin 4-cü kurs tələbəsidir.

Mustafayev Ədalət ikinci qrup müharibə əlilidir, təqaüdçüdür.

 

PAŞAYEV AZƏR ATAKİŞİ OĞLU

 

 

16 fevral 1963-cü ildə Laçın rayonu, Hoçaz kəndində anadan olub.

1970-ci ildə Hoçaz kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 5-ci sinifdən Laçın rayon 1 saylı orta məktəbdə oxuyub. 1980-cı ildə həmin məktəbin 10-cu sinifini bitirib.

1981-ci ildə sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. Keçmiş SSRİ- nin Sibir vilayətinin Çita şəhərində hərbi xidmətdə qulluq edib.

1983-cü ildə ordu sıralarından tərxis olunandan sonra vətənə dönüb. Həmin vaxtdan 1990-cı ilədək Azərbaycanda və SSRİ-nin müxtəlif şəhərlərində işləyib.

1990-cı ildən məlum hadisələrlə əlaqədar Laçın rayonunda özünümüdafiə dəstələrində düşmənə qarşı döyüşüb. Ermənistan silahlı birləşmələri Laçın rayonunu işğal edəndən sonra Paşayev Azər 1992-ci ildə Azərbaycan Müdafiə nazirliyinin 701-ci briqadasının 713 nömrəli hərbi hissəsində  komendant rotasında könüllü olaraq döyüşüb.

Müharibədən sonra Bakı şəhərində müxtəlif işlərdə işləyib, daha çox biznes fəaliyyətilə məşğul olub.

Ailəlidir, 1 oğlu, 1 qızı var.

Oğlu hərbi xidməti başa vurduqdan sonra özüylə birgə yaşayır. Şəxsi bizneslə məşğuldur.

Qızı Asəf Zeynallı adına musiqi kollecinin musiqi nəzəriyyəsi fakültəsini bitirib. Ailəlidir, bir övladı var.

Hal hazırda işləmir.

 

ƏLİYEV XASAY ƏMİRASLAN OĞLU

 

16 may 1969-cu ildə Laçın rayonunun Alxaslı kəndində anadan olub.

1977-1983-cü illərdə Şuşa şəhərində 2 nömrəli orta məktəbdə oxuyub.

1983-1985-ci illərdə Zərdab rayonunda Ş.Qurbanov adına orta məktəbdə, 1985-1987-ci illərdə də Laçın rayonu, Alxaslı kənd orta məktəbində orta təhsilini davam etdirib. 1987-1989-cu illərdə SSRİ Silahlı Qüvvələrinin cənub qruplaşmasında Macarıstanda desant diviziyasında xidmət edib.

1989-1991-ci illərdə elə həmin hərbi hissədə qalaraq işləyib.

1991-ci ildə Azərbaycana gəlib, könüllü olaraq 1992-ci ilin may ayına qədər 811 nömrəli hərbi hissənin tərkibində döyüşüb.

1992-ci il may ayının axırlarından 713 nömrəli hərbi hissənin tərkibində üçüncü rotada əvvəlcə sıravi, sonra isə bölmə komandiri vəzifəsində Ermənistan silahlı birləşmələrinə qarşı döyüşüb. Hoçaz döyüşlərində qəlpə yarası alıb.

Müharibədən sonra Rusiya və Ukraynada, eləcə də iki il müddətində Macarıstanda yaşayıb, işləyib. Sonrakı müddətdə heç bir yerdə işləməyib.

Orta təhsillidir.

Ailəlidir, bir oğlu, bir qızı, iki nəvəsi var.

Oğlu orta təhsillidir, işsizdir.

Qızı orta təhsillidir, işsizdir.

Ağcabədidə xüsusi təsərrüfatla məşğul olur.

 

BAYRAMOV ÇİNGİZ DAVUD OĞLU

 

31 yanvar 1957-ci ildə Masalli rayonunun Boyuk Xocavar kəndində anadan olub.

1964-cü ildə Masallı rayonu Böyük Xocavar kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olub, yeddinci sinifdən təhsilini Masallı şəhər 3 nömrəli orta məktəbdə davam etdirib. 1974-cü ildə həmin orta məktəbi bitirib. 1974-cu ildə Masalli səhər 3 nömrəli orta məktəbini bitirib.

1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun axşam şöbəsinə daxil olub.

1975-1977-ci illərdə hərbi xidmətdə olub.

1983-cü ildə institutu bitirib.

Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasətini görən Bayramov Çingiz 1992-ci ildə könullu olaraq cəbhəyə yazılıb. Qobu qəsəbəsində hazırlıq kursu keçən baş leytenant Çingizin döyüş yolu Xocalıdan başlayıb, ayrı-ayrı hərbi batalyonlarda vuruşub.

Sonradan 713 nömrəli hərbi hissəyə daxil olub. Ədalət Mustafayevin komandiri olduğu ikinci rotada döyüşüb.

1980-ci ildə sex ustası, 1983-cü ildə 1 saylı Evtikmə kombinatının komsomol komtəsinin katibi, 1988-ci ildə Partiya komitəsinin katibi, 1991-ci ildə 1 saylı evtikmə kombinatinda baş mühəndis, 1992-ci ildə 3 saylı evtikmə kombinatında baş mühəndis işləyib. 1993-cü ildə 3 saylı evtikmə kombinatının, 1995-ci ildə 4 saylı evtikmə kombinatının müdiri işləyib.

2001-ci ildə Evtikmə İstehsalat Birliyinin Baş mühəndisi işləyib.

2010-cu ildən FHN-də tikintiyə nəzarət idarəsində işləyib.

2015-ci ildə səhhətilə əlaqədar təqaudə cıxıb.  2-ci qrup əlildir.

Hazırda “Bina” MTK- da texniki nəzarətci işləyir.

Ailəlidir, 3 oglu var.

Böyük oğlu ali təhsillidir, hazırda “Veysəloglu” şirkətində işləyir.

Ortancıl oğlu ali təhsillidir, “Azərsun” şirkətində işləyir.

Kiçik oğlu ali təhsillidir, hazırda daxili işlər orqanında işləyir.

 

RÜSTƏMOV KÖÇƏRİ HƏMDƏM OĞLU

 

3 avqust 1962 ci ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

1969-cu ildə Laçın rayonu, Pircahan kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1979-cu ildə Pircahan kənd orta məktəbini bitirdikdən sonra həmin ili Mockva Dövlət Sirk Məktəbinə daxil olub.

1980-cı ilin oktyabr ayında sovet ordusu sıralarına hərbi xidmətə cağırılıb. 3 il Sakit okeanda gəmidə xidmət edib. 1983-cü ildə sovet ordusu sıralarından tərxis olunub.

1986-cı ildə ali təhsilini başa vurduqdan sonra indiyə qədər mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərir.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi bir çox döyüşçülər kimi Köçəri Rüstəmovun da könüllü hərbi birləşmələrə üz tutmasına səbəb olur. 1989-cu ildə 811 nömrəli Laçın özünümüdafiə batalyonunun sıralarına qoşulan Köçəri Rüstəmov sonradan 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə də iştirak edib.

713 nömrəli hərbi hissənin tərkibində torpaqlarımızın erməni qəsbkarlarından təmizlənməsində həyata keçirilən hərbi əməliyyatlarda iştirak edib. Müharibədən sonrakı dövrdə də fəaliyyətini öz ixtisası üzrə davam etdirib.

Ailəlidir, bir övladı var.

Qızı orta təhsillidir.

Hal hazırda “SIM-SAM SİRLİ ŞOU” mədəniyyət mərkəzinin midiri vəzifəsində işləyən Köçəri Rüstəmov arxa cəbhədə də Ermənistanla aparılan ideoloji müharibədə aktiv iştirakçı kimi fəaliyyətini davam etdirməkdədir.

 

MƏMMƏDOV ƏMRAH ƏHLİMAN OĞLU

 

5 fevral 1967-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olub.

1974-cü ildə Minkənd kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 1984-cü ildə həmin məktəbi tam orta təhsil əsasında bitirib.

1985-ci ildə sovet ordusu sıralarına çağırılıb. Hərbi hava qüvvələrində qulluq edib.

1987-ci ildə ordudan tərxis olunub.

1989-cu ildə Azərbaycan Tibb Universitetinə qəbul olub. 1996-cı ildə müalicə həkimi ixtisası üzrə həmin universiteti bitirib.

1992-ci il iyun ayından 713 nömrəli hərbi hissədə ikinci rotanın nəzdində könüllü olaraq orduya yazılıb Ermənistanın işğalçı ordusuna qarşı döyüşür. Qarabağ uğrunda gedən döyüşlərdə həkim döyüşcü kimi iştirak edib.

 

1993-cü ildə Ağdam rayonunun Sarıcalı kəndində hərbi səhra hospitalında cədrrah köməkcisi işləyib.

Müharibədən sonra “Zeytun Farm” MMC- də əczacı kimi işləyir.

Ailəlidir, üç oğlu, bir qızı var.

Böyük oğlu orta təhsillidir, hərbi xidmətini başa vurub, hal-hazırda işləmir.

Ortancıl oğlu hal-hazırda hərbi xidmətdədir.

Kiçik oğlu orta məktəbdə oxuyur.

Qızı orta ixtisas peşə təhsillidir, “Zeytinfarm” MMC-də işləyir.

BƏXTİYAROV FAİQ ƏLİ OĞLU

 

12 dekabr 1966-ci ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olub.

1973-cü ildə həmin kəndin orta məktəbinin birinci sinfinə daxil olub, 1983-cü ildə həmin məktəbi fərqlənmə diplomuyla bitirib.

1983-cü ildə Tbilisi Ali Hərbi Artilleriya məktəbinə daxil olub. Həmin ali məktəbdə bir neçə ay oxuduqdan sonra təhsilini davam etdirməyib.

1984-cü ildə “Binəqədineft” NQÇİ-də işləyib.

1984-1985-ci illərdə Moskva ətrafında sovet ordusunda xidmət edib.

Səhhətindəki problemə görə ordudan tərxis olunub.

İstehsalatda çalışa-çalışa 1986-1989-cu illərdə Neftkimya texnikumunun axşam şöbəsində təhsil alıb.

1987-ci ildən 1992-ci ilin dekabrına qədər “Neft daşları” NQÇİ-də tikinti quraşdırma idarəsində işləyib.

Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti Faiqin 1992-ci ilin yanvar ayından 811 nömrəli Laçın özünümüdafiə batalyonunda manqa komandiri kimi xidmətə başlamasına səbəb olur. 

1992-ci il iyun ayının 16-da Laçın rayonu Malxələfli kəndi uğrunda gedən döyüşlərdə döş qəfəsindən ağır qəlpə yarası alıb. Müalicə aldığı dövrdə həkimlərin israrına baxmayaraq ikinci qrup əlillikdən imtina edərək yenidən döyüşlərə qatılıb.

1992-ci ilin iyul ayından 713 nömrəli hərbi hissənin üçüncü rotasında xidmətə başlayıb. Kəşfiyyatçı kimi dəfələrlə qiymətli məlumatlar əldə edib.

713 nömrəli hərbi hissə buraxıldıqdan sonra 704 nömrəli briqadanın tərkibində olan 740, 741, 742, 743-cü batalyonların tərkibində hərbi əməliyyatlarda iştirak edib. Gedən döyüşlərdə ayağından yaralanıb. Hospitalda müalicə aldıqdan sonra yenidən xidmətini davam etdirib.

1994-cü ilin iyununda 3 aylıq zabitlik kursuna göndərilib. Kursu bitirdikdən sonra hərbi fəaliyyətini rota komandiri kimi davam etdirib.

1995-ci ilin may ayında səhhəti ilə əlaqədar olaraq ordudan tərxis olunub.

1995-2008-ci illərdə fərdi fəaliyyətlə məşğul olub.

2008-2017-ci illərdə “Metalqaynaqsınaq” zavodunda çalışıb.

2017-ci ildən heç yerdə işləmir. 2-ci qrup əlildir.

Ailəlidir, 5 övladı var.

Böyük oğlu 1989-cu ildə anadan olub, 1994-ci ildən 1-ci qrup gözdən əlildir.

Qızı orta təhsillidir, fərdi əmək fəaliyyəti ilə məşğuldur.

İkinci oğli ali təhsillidir, Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib, hazırda işləmir.

İkinci qızı ali təhsillidir, Mədəniyyət və İncəsənət Universitetini bitirib, fərdi əmək fəaliyyəti ilə məşğuldur.

Sonuncu oğlu orta məktəbin altıncı sinfində oxuyur.

 

NOVRUZOV ÇİNGİZ HÜSEYN OĞLU

 

1969-cu il may ayının 12-də Laçın rayonunun Pircahan kəndində anadan olub.  
1976-cı ildə Laçın rayonu, Pircahan kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1986-cı ildə həmin orta məktəbi bitirib. 
1987-ci ildə sovet ordusu sıralarına yollanıb. Hərbi xidmətə Samara şəhərində başlayıb, motoatıcı diviziyada sürücü mexanik olub. Xidmətini Polşa respublikasında bitirib. 

Orta təhsillidir.

1992-ci ilin mart ayında könüllü olaraq torpaqlarımızın Ermənistanın işğalçı silahlı birləşmələrindən təmizlənməsi üçün hərbi xidmətə yazılıb. Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib. Hoçaz yüksəkliyi erməni işğalçılarından geri alınanda topçu batareyasında xidmət edib.

Sonradan 713 nömrəli hərbi hissənin ikinci rotasında tağım komandiri olub.

Bir müddətdən sonra 713 nömrəli hərbi hissənin üçüncü rotasında xidmət edib. Xidmətini həmin hərbi hissədə başa vurub. 
Müharibədən sonra dülgərliklə məşğul olub.

Ailəlidir, bir oğlu, bir qızı var. 
Oğlu Naxçıvanski adına hərbi litseydə oxuyub. Ali təyyarəçilik məktəbinin üçüncü kursuna qədər oxuyub. Gözünə qəlpə dəydiyi üçün məktəbdən çıxarılıb. Sonradan təhsilini Latviyada Baltikyanı akademyada turizm və otelçilik ixtisası üzrə davam etdirib. Bir müddət Polşada işləyib. Hazırda işləmir.

Qızı orta təhsillidir, evdardır.

Novruzov Çingiz hazırda 10 ildən çoxdur ki, arıçılıqla məşğuldur..

SƏFƏRƏLİYEV GÜNDÜZ ŞƏHRİYAR OĞLU

 

18 fevral 1962-ci ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

1977-ci ildə Pircahan kənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra 96 nömrəli Tərtər kənd orta texniki peşə məktəbinə daxil olub. Həmin məktəbi 1980-ci ildə bitirib sovet ordusu sıralarına yollanıb. Moskva ətrafında İvanova şəhərində mühəndis istehkam batalyonunda xidmət edib.

Əsgəri xidmətdən sonra Bakı səhərinə gəlib 3 nömrəli evtikmə kombinatında fəhlə kimi işə düzəlib. 6 ay bu müəssisədə işləyib. Sonradan iş yerini dəyişərək mebel mağazasında 1991-ci ilə qədər işləyib.

1991-ci ildə öz doğma kəndi Laçın rayonu, Pircahan kəndinə qayıdıb.

1992-ci ilin may ayında qoca valideyinlərini və azyaşlı uşaqlarını məlum hadisələrə görə Ağcəbədi rayonu Şərəfxanli kəndində məskunlasdırdıqdan sonra özü Bakıya gəlib könüllülərin Bünyad Sərdarov-10 da yerləşən qərargahında hərbi əməliyyatlarda iştirak etmək üçün qeydiyyata düşüb. Müəyyən hazırlıq mərhələsi keçəndən sonra Kəlbəcər rayon Qılınclı kəndində yerləşən Zadir Rzayevin komandanlıq etdiyi 701 nömrəli birqadaya göndərilib.

713 nömrəli hərbi hissənin tərkibinə göndərilən Gündüz 1992-ci il iyunun 18- də mayor Süleyman Əhmədovun əmri ilə 713 nömrəli hərbi hissənin 3-cü rotasına qəbul olunur. Bu hərbi hissənin tərkibində Gündüz işğalçı Ermənistanın silahlı birləşmələrinə qarşı döyüşür

1992-ci ilin 21 sentyabrına qədər bütün döyüşlərdə iştirak edib. 21 sentyabrda Hocaz yüksəkliyində gedən döyüşlərdə ayağından yaralanıb. 3 ay Gəncədə 230 nömrəli qospitalda müalicə alıb.

Müalicədən sonra səhhətiylə əlaqədar olaraq ordudan uzaqlaşıb.

Ordudan uzaqlaşandan sonra bir müddət taksi sürücüsü kimi fəaliyyət göstərib. Hazırda işləmir.

Ailəlidir, bir qızı, bir oğlu, iki nəvəsi var.

Qızı orta təhsillidir, ailəlidir.

Oğlu orta təhsillidir, bir müddət özəl fəaliyyətlə məşğul olub, hazırda işləmir.

Ordudan uzaqlaşandan sonra ailəsiylə birgə Bakı şəhəri, 7-ci mikrorayonda yerləşən o vaxtkı Axundov adına APİ-nin (indiki Bakı Slavyan Universiteti) yataqxanasında məskunlaşıb. Həmin vaxtdan indiyədək bu ünvanda yaşayır.

Heç bir yerdə işləmir, təqaudçüdür.

 

ƏHMƏDOV SÜLEYMAN RƏHİM OĞLU

 

 

1940-cı il 5 yanvarda Göycə mahalının Ağzıbir kəndində anadan olub. 1947-1953-cü illərdə Azərbaycan türklərinin öz dədə-baba yurdlarından deportasiya edilməsi Əhmədovlar ailəsindən də yan keçmir.

 

Belə ki, 7 yaşlı Süleyman Əhmədov da 1947-ci ildə didərgin həyatına tuş gəlir. 7 il Göycə mahalında yaşadıqdan sonra o zamankı sovet hökumətinin formal olaraq adlandırdığı “köç siyasəti”nin şərtləri daxilində Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından türklərin deportasiyasına məruz qalanlardan biri də Əhmədovlar ailəsi olur. Yürüdülən mənfur siyasət nəticəsində Qərbi Azərbaycan torpaqlarından sürgün edilən türklər, o cümlədən Əhmədovlar ailəsi o zamankı Azərbaycan SSR-in Ağdaş rayonunda məskunlaşırlar. Onların dədə-baba yurdlarına da Livandan, Suriyadan gətirilən ermənilər yerləşdirilir. Yerli təbii şəraitə uyğunlaşa bilməyən Əhmədovlar ailəsi 3 il Ağdaşda yaşadıqdan sonra 1950-ci ildə yeni təşkil olunan Daşkəsən rayonuna köçmə məcburiyyətində qalırlar.

Orta təhsilini 1957-ci ildə Daşkəsən rayonunda bitirir. 1957-1959-cu illər arasında Saratov şəhərində sovet ordusu sıralarında daxili qoşunlarda həqiqi hərbi xidmətdə olub.

Ali təhsilli olub.

Hərbi xidmətini bitirdikdən sonra Saratov şəhərində hərbi məktəbdə oxuyur. Ali təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdır. Azərbaycana qayıtdıqdan sonra daxili qoşun hissələrinin tərkibində Ağdamda, Qobustanda və Bakının digər rayonlarında xidmət edib. 1974-cü ildə Bakıda xidmət edərkən hərbi hissə komandiri kimi fəaliyyət göstərib.

1990-cı ildən daxili qoşun hissələrindən təqaüdə çıxıb. Təqaüdə çıxandan sonra Nizami rayonunda 222 nömrəli məktəbdə hərbi rəhbər kimi pedaqoji fəaliyyətlə məşğul olub. Az müddətdən sonra Nizami rayonunun maarif şöbəsində hərbi inspektor kimi fəaliyyət göstərib.

Xocalı soyqırımından sonra öz hərbçi dostlarıyla birgə 1991-ci ildə yeni yaranan Şıxov batalyonuna yazılır. Milli orduya yazılan Süleyman Əhmədov yeni yaradılan 701 nömrəli briqadaya silah üzrə rəis təyin olunur. Bir müddət bu vəzifədə işləyəndən sonra Süleyman Əhmədov hərbçi dostlarıyla birgə Şəhidlər Xiyabanında and içib, Daşaltı əməliyyatında iştirak etmək üçün ön cəbhəyə getmək məqsədilə hərbi rəhbərliyə müraciət edir. Ancaq silah üzrə rəis olduğu üçün Əhmədovun ön cəbhəyə yollanma istəyi müsbət şəkildə öz həllini tapmır və o, yenə də öz vəzifəsini icra etmək üçün tutduğu postda saxlanılır.

Şuşanın işğalından sonra Süleyman Əhmədov nəyin bahasına olursa olsun, ön cəbhəyə yollanmağı qət edir. Həmin dövrdə üç övladı olan Süleyman Əhmədov Kəlbəcər rayonunun Qılınclı kəndinə gəlir.  713 nömrəli hərbi hissəyə komandir təyin olunan Süleyman Əhmədov buradan Laçına yollanır. Laçın və Ağdərənin işğalçı Ermənistanın silahlı birləşmələrindən azad edilməsində iştirak edib, bu ərazidə aparılan əməliyyatlara birbaşa rəhbərlik edib.

1992-ci ilin oktyabrında Hoçaz yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Şəhidlər Xiyabanında dəfn olunub. Şəhidin adına Xətayi rayonunda küçə var.

Ailəli olub, üç övlad atası olub.

Böyük oğlu hərbçi olub. 1992-ci ildə Ağdam bölgəsində ön cəbhədə olub. Keçirdiyi xəstəlikdən sonra haqqın dərgahına qovuşub.

Ortancıl oğlu orta təhsillidir, ailəlidir, iaşə müəssisəsində işləyir.

Kiçik oğlu orta təhsillidir, özəl fəaliyyətlə məşğuldur.

 

İSGƏNDƏROV RƏHMAN KÖÇƏRİ OĞLU

 

1967-ci il 6 sentyabrda Kəlbəcər rayonunun Qılınclı kəndində anadan olub.

1974-1984-cü illər arasında Kəlbəcər rayonu, Qılınclı kənd orta məktəbində oxuyub.

Elə həmin il Bakı Ali Hərbi Ümumqoşun məktəbinə daxil olub.

1984-1988-ci illərdə təhsil müddətini başa vurduqdan sonra leytenant rütbəsi alıb. Karpat hərbi dairəsindəki 51-ci briqadanın 170-ci alayında taqım komandiri vəzifəsində çalışıb.

1992-ci ilin may ayından etibarən komandir kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. Xidmətinə 713 saylı hərbi hissənin birinci taborunun bölük komandiri kimi başlayan İsgəndərov Rəhman sonradan tabor komandirinin döyüş hazırlığı üzrə müavini olub. Xidmət etdiyi taborun komandiri mayor Süleyman Əhmədov Şəhid olduqdan sonra tabor komandiri vəzifəsini icra etmək İsgəndərov Rəhmana həvalə olunub.

Laçın, Kəlbəcər, Ağdərə, Füzuli və Tərtər rayonları istiqamətlərdə Azərbaycan torpaqlarını işğal edən Ermənistan silahlı birləşmələrinə qarşı aparılan hərbi əməliyyatlarda iştirak edib.

1993-cü ildə 701 saylı briqadanın kəşfiyyat xidmətinin rəisi, 1994-cü ildə 776 saylı hərbi hissədə əməliyyat kəşfiyyat bölməsinin rəisi olub.

1997-ci ildə Təlim Tədric Mərkəzində ÖCC –mə Dəyərləndirmə Bölməsinin rəisi olub.

1997-ci ildən polkovnik leytenantdır.

2003-2013-ci illərdə Azərbaycan Silahlı Qüvvələrin Baş Klinik Qospitalında qərargah rəisi olub.

Ali təhsillidir, üç oğlan övladı var.

Ailəlidir.

Prezident təqaüdçüsüdür, ikinci qrup əlildir.

 

 

RZAQULİYEV FÜZULİ ƏDƏB OĞLU

 

5 yanvar 1961-ci ildə Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olub. 1968-ci ildə Ağdərə rayonu, Xatınbəyli kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olub, 1976-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirib.

 

1976-1978-ci illər arasında Ağdərə rayonu, Manili kəndində tam orta təhsilini başa vurub. 1978-1980-ci illər arasında Karl Marks adına üzümçülük sovxozunda işləyib. 1980-1982-ci illər arasında Qərbi Sibirdə, Tomsk şəhərində sovet ordusunda piyada qoşun hissələrində həqiqi hərbi xidmətdə olub.

Sovet ordusunda hərbi xidmətini başa vurduqdan sonra 1982-ci ildə o zamankı V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsinə daxil olub.

1986-cı ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Dağlıq Qarabağ bölgəsinə göndərilir. Təyinatla 2 il orta məktəbdə hərbi rəhbər işlədikdən sonra Bakıya qayıdır. 1989-cu ildə 135 nömrəli məktəbdə işləyib. Az müddətdən sonra Bakı Kommersiya Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olub. Pedaqoji fəaliyyətlə paralel olaraq o dövrdə baş qaldıran azadlıq hərəkatının, cərəyan edən ictimai-siyasi proseslərin aktiv iştirakçısı olub.

1991-ci ildə milli ordu quruculuğuna start verilən zaman Füzuli Rzaquliyev Şıxov briqadasına yazılan ilk könüllü zabitlərdən biri olur. O zamankı Şaumyankənd istiqamətində aparılan hərbi əməliyyat zamanı qazanılan qələbədə Füzuli Rzaquliyevin xüsusi xidməti olub. Həmin ərazi indi də Azərbaycan ordusunun nəzarəti altındadır. Döyüşdə qazanılan belə uğurlar sonradan hərbi rəhbərliyi batalyonlar formalaşdırmağa sövq edir.

1992-ci il 25 yanvarda Bakıda formalaşdırılan batalyonun tərkibində Füzuli Rzaquliyev də Şuşaya yollanır. Daşaltı əməliyyatının iştirakçısı olub. Bu əməliyyat zamanı ağır yaralanıb. Şuşanın müdafiəsində iştirak edib. Şuşanın işğalından sonra Bakıya qayıdıb.

Bakıya qayıdandan sonra 701 nömrəli briqadanın tərkibinə daxil olur. Bu hərbi birləşmənin tərkibində rota komandiri kimi Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Ağdərənin bir çox kəndlərinin, Narıncların erməni işğalçılarından azad edilməsində iştirak edib. Bu dönəmdə 701 nömrəli briqadanın tərkibində mayor Süleyman Əhmədovun komandanlığı altında 713 nömrəli hərbi hissə yaradılır. Füzuli Rzaquliyev mayor Süleyman Əhmədovun təklifilə yeni yaranan 713 nömrəli hərbi hissənin qərargah rəisi təyin olunur. Hərbi hissənin qərargah rəisi kimi Füzuli Rzaquliyev Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda, bir çox kəndlərin azad edilməsində, strateji əhəmiyyət kəsb edən Hoçaz yüksəkliyinin alınmasında birbaşa iştirak edib. Ağdərə rayonundakı Vəng əməliyyatından sonra Daşaltıda aldığı yara daha da şiddətləndiyindən hərbi qospitala göndərilir. Müalicə aldıqdan sonra yenidən 713 nömrəli hərbi hissəyə qayıdır.

Bir müddətdən sonra Hacıkənddə 701 nömrəli briqadadan kapitan rütbəsilə ordudan tərxis olunur.

Atəşkəs əldə olunduqdan sonra köhnə döyüşçülərin iştirakıyla veteranlar birliyinin yaranmasında yaxından iştirak edib buna nail olurlar. Bir müddət Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini olub. AVMVİB sədri Altay Məmmədov 2003-cü ildə başqa işə keçdiyinə görə istefa verir və həmin ildən bu günədək Füzuli Rzaquliyev AVMVİB-nin sədridir.

Ailəlidir, iki oğlu, bir qızı var.

Hər üç övladı ali təhsillidir. Oğlunun biri işləyir, biri işləmir.

Rzaquliyev Füzuli ikinci qrup müharibə əlilidir.

HƏSƏNQULİYEV ETİBAR MEHTİQULU OĞLU

1976-cı il fevral ayının 29-da Laçın rayonunun Pircahan kəndində anadan olub.

1983-cü ildə Pircahan kənd orta məktəbinə daxil olub, 1992-ci ildə Laçın rayonu ermənilər tərəfindən işğal olunana qədər həmin məktəbdə oxuyub.

Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarını işğal etməsi azyaşlı Etibar Həsənquliyevin də qardaşı Vüqarla birgə silaha sarılmasına səbəb olur. 1992-ci ilin iyul ayından oktyabr ayının sonunadək Laçın, Kəlbəcər və Ağdərə istiqamətlərində keçirilən hərbi əməliyyatlarda iştirak edib. 713 nömrəli hərbi hissənin tərkibində Rəhman İsgəndərovun komandiri olduğu birinci rotada xidmət edib.

 

1993-cü ildə Laçın rayon 28 nömrəli orta məktəbini bitirib. 1994-cü ildən əmək fəaliyyətinə başlayıb. Bakı şəhərində yerləşən 2 nömrəli Taxıl Məhsulları Kombinatında və digər sahələrdə çalışıb.

Ali təhsillidir.

1995-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2000-ci ildə ATU-nu və Müdafiə Nazirliyinin hərbi hazırlıq ixtisası üzrə kursunu bitirərək leytenant rütbəsi alıb.

2000-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit olaraq xidmətə başlayıb. Xidmətə başlayarkən tağım komandiri, az müddət keçdikdən sonra bölük komandiri vəzifəsinə təyin edilib.

2002-ci ildə Müdafiə Nazirliyinin akademik kurslarına, az müddətdən sonra peşəkarlar siyahısına daxil olub. Müdafiə Nazirliyi sıralarında 2004-cü ilədək xidmət edib. Xidmətini sonadək Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində Kərməçataq- Buzqov və Batabat döyüş bölgələrində keçirib.

Xidməti zamanı düşmən tərəfindən iki dəfə güllə yarası alıb.

2005-ci ildən Dövlət Sərhəd Xidməti və Sərhəd Qoşunları sıralarında xidmət edib. Xidməti müddəti əsasən Rusiya Federasiyası ilə dövlət sərhəddində keçib.

Ailəlidir, bir oğlu, bir qızı var.

Oğlu orta məktəbin 6-cı sinfində oxuyur.

Qızı orta məktəbin üçüncü sinfində oxuyur.

2016-cı ildə kəşfiyyat xidməti zamanı əsgərlərini təhlükəli yerdən çıxararkən onurğası iki yerdən sınıb. Sərhəd qoşunlarında müxtəlif vəzifələrdə xidmət etməklə 2018-ci il avqust ayınadək öz vəzifə borcunu yerinə yetirib.

2018-ci il avqust ayından Silahlı Qüvvələrdən ehtiyata buraxılıb. Azərbaycan Respublikasının müdafiəsi uğrunda döyüşüb, ikinci qrup əlildir. Ehtiyatda olan mayordur.

 

NƏSİBOV BUDAQ KAMAL OĞLU

1961-ci il noyabr ayının 1-də Laçın rayonunun Alpovud kəndində anadan olub.

İbtidai təhsilini Alpovud kəndində alan Nəsibov Budaq sonradan Qoşasu kənd orta məktəbinə daxil olub, 1979-cu ildə həmin kənddə orta təhsilini başa vurur.

1979-cu ildə Ceyranbatan qəsəbəsində 147 saylı peşə məktəbinin geologiya kursunda oxuyub.

1980 –1982-ci illərdə sovet ordusu sıralarında İrkutsk, Çita və Arxangelskidə mühəndis istehkam hərbi birləşməsində həqiqi hərbi xidmətdə olub.

Əsgəri xidmətini başa vurduqdan sonra 1982-1983-cü illərdə Qoşasu kəndində kolxozda işləyib.

Ali təhsillidir.

1983-1987-ci illərdə Lenin adına APİ-nin hərbi təlim və bədən tərbiyəsi fakültəsində oxuyub.

Ali təhsilini başa vurduqdan sonra 1987-ci ildə Laçın rayonunun Ağcakənd natamam orta məktəbinə rus dili və bədən tərbiyəsi müəllimi təyin edilib.

1989-1992-ci illər arasında həmin məktəbə direktor müavini kimi fəaliyyət göstərib.

Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra məcburi köçkün olaraq Ağcabədi rayonundakı Qoşasu qış yatağında məskunlaşıb.

1992-ci ildə könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılır. Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda bölük komandiri kimi iştirak edib.

Müharibədən sonra Ağcabədi rayonunda Qoşasu qış yatağında təşkil olunmuş Qoşasu orta məktəbinə direktor təyin olunub.

1993-cü ildə Abşeron rayon Pirəkəşkül hərbi şəhərciyinə köçüb . Pirəkəşkül qəsəbəsində Laçın rayonu H.Qorçuyev adına məktəbi təşkil etmiş və həmin məktəbə direktor təyin olunub.

1997-ci ildə öz ərizəsiylə direktor vəzifəsindən azad edilərək həmin məktəbdə hərbi təlim və bədən tərbiyəsi müəllimi təyin edilib.

Hal-hazırda həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğuldur.

Ailəlidir, bir oğlu, iki qızı var.

Oğlu ali təhsillidir, aktyor rejissor ixtisasına yiyələnib, aləlidir.

Böyük qızı ali təhsillidir, ailəlidir.

Kiçik qızı orta təhsillidir, ailəlidir.

Nəsibov Budaq hazırda Abşeron rayonu, Pirəkəşkül hərbi şəhərciyində ev 98, mənzil 4-də yaşayır.

ƏLİYEV TƏVƏKKÜL ALI OĞLU

1968-ci il iyun ayının 6-da Laçın rayonunun Kalafalıq kəndində anadan olub. 1975-1985-ci illərdə Vağazin kənd orta məktəbində oxuyub. 1986-1988-ci illərdə Qazaxıstanda sovet ordusu sıralarında mühəndis istehkam batalyonunda xidmət edib. Sovet ordusu sıralarından tərxis olunandan sonra Laçın rayonunda Nizami adına kolxozda fəhlə işləyib.

 

Ermənistan-Azərbaycan müharibəsi başlayandan sonra könüllü olaraq hərbi birləşməyə yazılıb. 713 nömrəli hərbi hissədə ikinci rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.

Müharibədən sonrakı dövrlərdə fərdi təsərrüfatla məşğul olub.

Orta təhsillidir.

Ailəlidir, bir qızı, iki oğlu var.

Qızı orta təhsillidir, işləmir.

Böyük oğlu orta təhsillidir, Laçın rayonunda peşə məktəbini bitirib, elektrik ixtisasına yiyələnib, işləmir.

Kiçik oğlu orta məktəbi bitirib, hərbi çağırışçıdır.

Hazırda işləmir. 

CƏBRAYILOV NADİR İSA OĞLU

1951-ci ildə Laçın rayonunun Ərdəşəvi kəndində anadan olub.

1958-ci ildə Laçın rayonu Ərdəşəvi kənd səkkizillik məktəbin birinci sinfinə daxil olub, 1969-cu ildə bu məktəbi bitirib. Həmin il Vağazin kənd orta məktəbinə daxil olub, 1972-ci ildə Vağazin kənd orta məktəbini bitirib.

 

1972-1974-cü illərdə Qazaxıstanda sovet ordusu sıralarında mühəndis istehkam batalyonunda xidmət edib.

Orta təhsillidir.

1974-cü ildə Laçın rayonu, Ərdəşəvi kənd mədəniyyət evində bədii rəhbər kimi əmək fəaliyyətinə başlayıb.

1978-1992-ci illərdə Laçın rayonu Dadaş Bünyadzadə adına kolxozda naxırçı işləyib.

Ermənistanın  işğalı başlayandan sonra hərbi birləşməyə könüllü yazılıb. 713 nömrəli hərbi hissədə ikinci rotada xidmət edib.

Tərxis olunduqdan sonra 1992-2009-cu illər arasında fərdi təsərrüfatla məşğul olub.

2009-2014-cü illər arasında Laçın rayon “Sukanal” idarəsində supaylayıcı kimi işləyib.

2014-cü ildən əmək pensiyasına çıxıb.

Ailəli olub, üç oğlu, bir qızı var.

Böyük oğlu orta təhsillidir, ailəlidir, Abşeron rayonu, Güzdək qəsəbəsində yaşayır. Fəhlədir.

Ortancıl oğlu orta təhsillidir, ailəlidir, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Ərdəşəvi obasında yaşayır. İşləmir.

Qızı orta təhsillidir, ailəlidir, Goranboy rayonu ərazisində yaşayır, işləmir.

Kiçik oğlu orta təhsillidir, ailəlidir, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Ərdəşəvi obasında yaşayır. “Sukanal” idarəsində işləyir.

Cəbrayılov Nadir hazırda işləmir.

 ƏHMƏDOV ARAZ ƏHMƏD OĞLU

 

3 may 1970-ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub. 1977-1987-ci illər arasında Vağazin kənd orta məktəbində oxuyub. 1988-1990-cə illər arasında İjevskidə sovet ordusu sıralarında mühəndis istehkam batalyonunda xihəqiqi hərbi xidmətdə olub.

Ordudan tərxis olunduqdan sonra 1990-1992-ci illərdə fəhləliklə məşğul olub.

 

Laçın rayonu Ermənistan tərəfindən işğal ediləndən sonra könüllü olaraq hərbi birləşməyə yazılır. 713 nömrəli hərbi hissədə ikinci rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra 1992-2010-cu illərdə fəhlə kimi işləyib.

Orta təhsillidir.

Ailəlidir, bir qızı var.

Qızı Vağazin kənd orta məktəbinin birinci sinif şagirdidir.

2010-cu ildən etibarən “Azəravtoyol” Dövlət Agentliyinin tərkibindəki 56 nömrəli MMC-də fəhlə işləyir.

XUDAYAROV FƏXRƏDDİN İBİŞ OĞLU

10 iyun 1969-cu ildə Laçın rayonunun Bozgüney kəndində anadan olub. 1976-1979-cu illər arasında Bozgüney kənd ibtidai məktəbində təhsil alıb. Sonradan 1979-1986-cı illərdə təhsilini Vağazin kənd orta məktəbində davam etdirib.

1987-1989-cu illərdə Belarusiyada sovet ordusu sıralarında mühəndis istehkam batalyonunda xidmət edib.

Ermənistanın Azərbaycana qarşı işğal siyasəti başlayandan sonra könüllü olaraq hərbi birləşməyə yazılıb. 713 nömrəli hərbi hissədə ikinci rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüşdə yaralanıb.

Orta təhsillidir.

1992-1996-cı illərdə daş ustası kimi fəaliyyət göstərib.

Ailəlidir, bir qızı, iki oğlu var.

Qızı orta təhsillidir, işləmir.

Böyük oğlu S.Əmirov adına Vağazin kənd orta məktəbinin doqquzuncu sinif şagirdidir.

Kiçik oğlu S.Əmirov adına Vağazin kənd orta məktəbinin yeddinci sinif şagirdidir.

1996-cı ildən Laçın rayonu, Səməd Əmirov adına Vağazin kənd 2 nömrəli orta məktəbində hərbi hazırlıq rəhbəri kimi çalışır.

SALAHOV BAHADUR SALAH OĞLU

25 mart 1969-cu ildə Laçın rayonunun Vağazin kəndində anadan olub. 1976-1986-cı illər arasında Vağazin kənd orta məktəbində oxuyub.

1987-1989-cu illər arasında Naxodkada sovet ordusu sıralarında daxili qoşun hissəsində həqiqi hərbi xidmətdə olub.

Ermənistanın  separatçılığa açıq şəkildə dəstək verməsini görən Bahadur könüllü olaraq orduya yazılır. 713 nömrəli hərbi hissənin tərkibində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edib. 

Ordudan tərxis olunduqdan sonra fərdi fəaliyyətlə məşğuldur.

Orta təhsillidir.

Ailəlidir, iki oğlu var.

Böyük oğlu orta təhsillidir, hərbi xidmətini başa vurub, hazırda işləmir. Kiçik oğlu orta təhsillidir, işləmir.

Salahov Bahadur hazırda “Azəravtoyol” Dövlət Agentliyinə aid olan 56 nömrəli MMC-də işləyir.

HAQVERDİYEV SƏRXAN TANRIVERDİ OĞLU

29 sentyabr 1970-ci ildə Laçın rayonunun Qorçu kəndində anadan olub.

1977-1987-ci illər arasında Laçın rayonu, Qorçu kənd orta məktəbində oxuyub.

1987-1989-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Vladivostok şəhərində tank əleyhinə diviziyada topçu kimi xidmət edib.

 

Laçın rayonunda peşə məktəbində traktorist-maşinist ixtisasına yiyələnib.

1989-1992-ci illər arasında fərdi təsərrüfatla məşğul olub.

1992-ci ildə məlum hadisələrdən sonra Ermənistan işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü olaraq 713 nömrəli hərbi hissəyə daxil olub. Bu hərbi hissənin nəzdində olan ikinci rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Hərbi hissə ləğv ediləndən sonra 701 nömrəli hərbi hissənin tərkibində olan üçüncü batalyona daxil olub Füzulidə, Qərvənddə aparılan əməllyyatlarda iştirak edib.

1996-cı ildə ordudan tərxis olunduqdan sonra bir müddət Sankt-Peterburq şəhərində ticarətlə məşğul olur. 1996-2015-ci illər arasında Sankt-Peterburq şəhərində yaşayıb.

2015-ci ildə Azərbaycana gəlir və o zamandan indiyədək tikinti sektorunda fəhlə kimi çalışır.

Ailəlidir, bir oğlu var.

Oğlu Bərdə rayonunda 2 nömrəli orta məktəbin üçüncü sinfində oxuyur.

Hazırda daş sexində usta işləyir.

BƏNDƏLİYEV NÜSRƏT RAQUB OĞLU

28 oktyabr 1966-cı ildə Laçın rayonunun Ərdəşəvi kəndində anadan olub.

1973-1981-ci illərdə Ərdəşəvi kəndində səkkizillik təhsilini başa vurub. 1981-1985-ci illər arasında fermada maldarlıqla məşğul olub.

1985-1987-ci illərdə sovet ordusu sıralarında Amurskda sərhəd qoşunları hissəsində həqiqi hərbi xidmətdə olub.

Ordudan tərxis olunduqdan 1987-1992-ci illərdə yenə də maldarlıqla məşğul olub.

 

1992-ci ildə məlum erməni işğalından sonra könüllü olaraq 713 nömrəli hərbi hissəyə daxil olur. Həmin hissənin tərkibində olan ikinci rotada Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.

Ailəlidir, bir qızı, bir oğlu var.

Qızı orta təhsillidir, işləmir.

Kiçik oğlu Laçın rayonu, Ərdəşəvi kənd orta məktəbinin 7-ci sinif şagirdidir.

Müharibədən sonra indiyə qədərki dövrdə maldarlıqla məşğuldur.

SÜLEYMANOV KAMİL HÜSEYİN OĞLU

1 yanvar 1974-cü ildə Laçın rayonunun Kalafalıq kəndində anadan olub.

1981-1991-ci illər arasında Laçın rayonunun Kalafalıq kənd orta məktəbində oxuyub.

1992-ci ildə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Kamil Süleymanov 713 nömrəli hərbi hissənin nəzdində olan şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci rotada xidmət edib.

 

Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Müharibədən sonra fərdi təsərrüfatla məşğul olub.

Orta təhsillidir.

Ailəlidir, bir qızı, iki oğlu var.

Böyük oğlu orta təhsillidir. Rabitə texnoloji texnikumunu bitirib, işləmir.

Kiçik oğlu Azərbaycan Texniki Universitetinin “fövqəladə hallar” fakültəsinin 4-cü kurs tələbəsidir.

Qızı Tibb texnikumunda oxuyur.

Fərdi təsərrüfatla məşğuldur.

 

ALMƏMMƏDOV FÜZULİ BAXŞEYİŞ OĞLU

 

 

 

5 avqust 1968-ci ildə Lacın rayonunun Hətəmlər kəndində anadan olub. 1975-ci ildə Laçın rayonunun Hətəmlər kənd natamam orta məktəbinin birinci sinfinə daxil olub, 1982-ci ildə həmin məktəbi başa vurub. Sonrakı təhsilini Laçın rayonunun Daşlı kənd tam orta məktəbində davam etdirib. 1984-cü ildə orta məktəbi başa vurub.

1986-1988-ci illərdə sovet ordusu sıralarında Komi MSSR və Arxanğelsk vilayətində həqiqi hərbi xidmətdə olub.

Ordudan tərxis olunduqdan sonra 1988-1990-cı illərdə öz şəxsi təsərrüfatı ilə məşğul olub.

1990-cı ildə BM Kredit texnikumunun Xoçalı filialına daxil olub.

Təhsil dövrü erməni separatizminin baş qaldırdığı dövrlərə təsadüf edib.

Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini görən Alməmmədov Füzuli 1992-ci ilin iyul ayında könüllü olaraq 713 nömrəli hərbi hissəyə daxil olub. Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Bu hərbi hissə dağıldıqdan sonra 714 nömrəli hərbi hissənin tərkibində Füzuli istiqamətində keçirilən hərbi əməliyyatlarda iştirak edib.

1993-cü ilin iyun ayından etibarən Qubadlı briqadasında könüllü olaraq döyüşüb. 1996-cı ildə ordudan tərxis olunub.

1996-cı ildən 2015- ci ilə qədər özəl fəaliyyətlə məşğul olub.

Ailəlidir, iki övladı var.

Oğlu bu il ali məktəbə daxil olub.

Qızı Ağdaş kollecində oxuyur.

2015- dən köckün qəsəbəsi olan Çələbixanada Şuşa rayonuna məxsus klubda işləyir.

 

 

HÜSEYNOV ƏRŞAD HÜSÜ OĞLU

 

 

7 avqust 1968-ci ildə Laçın rayonunun Mayıs kəndində anadan olub.

1975-1985-ci illərdə Laçın rayonu,Mişni kənd orta məktəbində oxuyub, həmin təhsil müəssisəsini gümüş medalla bitirib.

Təhsilini Rusiya Federasiyasının Qorki(indiki Nijniy Novqorod) şəhərində Politexnik İnstitutunun avtomobil fakültəsinin əyani şöbəsində davam etdirib.

1987-1989-cu illərdə əvvəlcə Ukraynanın Odessa vilayətində, sonradan Kamçatkada hərbi hava qüvvələri tərkibində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

 

Ordu sıralarından tərxis olunduqdan sonra öz xahişi ilə Qorki Politexnik İnstitutundan çıxmış və Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Həmin fakültəni 1996-cı ildə fərqlənmə diplomu ilə bitirib. Hüquqşünas kimi əmək fəaliyyətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında hüquq məsləhətçisi olaraq başlamışdır. Əsas işi ilə yanaşı Odlar Yurdu Universitetinin, daha sonra isə Qərb Universitetinin hüquq fakültəsində pedaqoji fəaliyyətlə də məşğul olub.

1998-ci ildə «Digesta» hüquq firmasını təsis edib. Təsis etdiyi firma həm hüquq xidmətlərinin göstərilməsi, həm də hüquq ədəbiyyatının çapı ilə məşğul olub.

2002-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından uzaqlaşaraq bütün əmək fəaliyyətini «Digesta» hüquq firmasına bağlamışdır və bu gün də həmin firmanın direktoru vəzifəsində çalışır.

Ailəlidir. İki qızı, bir oğlu var.

Hər üç övladı orta məktəbdə təhsil alır.

Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəsini görən Ərşad Hüseynov da vətənin müdafiəsinə qalxanların sırasında olub. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Döyüş yolu 811 nömrəli hərbi hissədən başlamış, sonradan 713 nömrəli hərbi hissədə davam etmişdir.

Hüququn müxtəlif sahələrinə dair çoxlu sayda kitabların, elmi və publisistik məqalələrin müəllifidir.

Ərşad Hüseynov 2000-ci ildə V.Y.Çirkinin «Xarici ölkələrin konstitusiya hüququ» dərsliyini rus dilindən azərbaycan dilinə tərcümə edib. Onun digər müəlliflərlə birgə əməyinin məhsulu olan «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kommentariyası» (2001), «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin kommentariyası» (2003), «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin kommentariyası» (2010) kitabları da işıq üzü görüb. Bu kitablar Azərbaycan Respublikasının tarixində həmin məcəllələrə verilən ilk kommentariyalar olmuş və müxtəlif sahələrdə çalışan hüquqşünasların ən geniş istifadə etdiyi elmi-praktiki kitablardandır. Ərşad Hüseynovun son illərdə əsas diqqət yetirdiyi sahə yol hərəkəti ilə bağlı qanunvericiliyin araşdırılması və şərhi olmuşdur. Bu sahədə onun üç kitabı işıq üzü görmüşdür: «Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların kommentariyası» (2008) və «Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətə cəlb etmə qaydalarının icmal şərhi» (2011). «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun kommentariyası» (2014). Bu kitablar da ölkəmizin tarixində həmin mövzuda yazılan ilk və hələ ki, yeganə kitablardır.

 

RƏHİMOV ÜZEYİR RƏHİM OĞLU

 
1973-cü il 31 avqustda Lənkəran rayonunun Ləj kəndində anadan olub.
1979-cu ildə Ləj kəndi 8 illik orta məktəbinə daxil olub.1988-ci ildən təhsilini Lənkəran rayonu, İstisu orta məktəbində davam etdirib.1990-cı ildə həmin məktəbi tam orta təhsil əsasında bitirib.
1990-ci ildə Xəzər Dənizçilik məktəbinə daxil olub.
Dağlıq Qarabağ ətrafında Ermənistan silahlı birləşmələrinin həyata keçirdikləri işğalçılıq siyasətini görənÜzeyir Rəhimov təhsilini yarımçıq qoyaraq 1992-ci ildə könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılır.
Bu hərbi hissənin nəzdində olan Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.
Döyüşdən qayıdandan sonra Xəzər dənizçilik məktəbində təhsilini davam etdirib.
Təhsilini bitirdikdən sonra Xəzər dəniz donanması baş idarəsində 1995-2000-ci il ərzində gəmi elektromexanik vəzifəsində çalışıb.
Ailəlidir, iki övladı var.
Qızı Biləcəri qəsəbəsi 300 nömrəli tam orta məktəbin 10-cu sinifində təhsil alır.
Oğlu Biləcəri qəsəbəsi 300 nömrəli tam orta məktəbin 7-ci sinifində təhsil alır.
2000-ci ildən bu günə qədər kombi ustası kimi fərdi fəaliyyətlə məşğuldur.

 

MƏMİYEV ƏLQAN SƏRXAN OĞLU

 

1968-ci il mart ayının 5-də Laçın rayonunun Kamallı kəndində anadan olub.

1976-1986-cı illərdə Laçın rayonu, Kamallı kənd orta məktəbində oxuyub.

1986-1989-cu illərdə Qazaxıstan ərazisində sovet ordusu sıralarında rabitəçilərdən ibarət hərbi hissədə xidmət edib.

1988-1990-cı illər arasında 5 nömrəli texniki peşə məktəbində qaynaqçı ixtisasına yiyələnib.

Bir müddət qaynaqçı kimi işləyəndən sonra könüllü olaraq 1992-ci ildə 713 nömrəli hərbi hissəyə daxil olur. Laçın və Ağdərə istiqamətlərində keçirilən hərbi əməliyyatlarda iştirak edib.

Müharibədən sonra qəssab kimi fərdi fəaliyyətlə məşğul olub.

Orta texniki peşə təhsili var.

Ailəlidir, iki oğlu, bir qızı var.

Böyük oğlu Bakı Biznes Universitetini bitirib. Hazırda iaşə müəssisələrində işləyir. Ortancıl oğlu və qızı orta məktəb şagirdidilər.

2000-ci ildən etibarən ayrı-ayrı marşrutlarda sürücü kimi fəaliyyət göstərib. Hazırda 185 nömrəli marşrutda nəzarətçi dispetçerdir.

ƏHMƏDOV RASİM SÜLEYMAN OĞLU(ŞƏHİD KOMANDİR SÜLEYMAN ƏHMƏDOVUN OĞLU)

 

1979-cu il 11 sentyabrda Bakı şəhərində anadan olub.

1986-cı ildə Xətayi rayonunda 56 nömrəli məktəbin birinci sinfinə daxil olub, 1996-cı ildə həmin məktəbin onuncu sinfini bitirib.

Orta təhsillidir.

1997-1999-cu illərdə həqiqi hərbi xidmətdə olub. Daxili qoşunlarda xidmət edib.

Əsgəri xidmətdən sonra fərdi fəaliyyətlə məşğul olub.

Hal-hazırda da işləmir, yenə də fərdi təsərrüfatla məşğuldur.

Ailəlidir.

713 nömrəli hərbi hissənin şəhid komandiri Süleyman Əhmədovun oğludur. 

BAXIŞOV XALİQ HACIAĞA OĞLU (ŞƏHİD BAXIŞOV RƏŞİDİN QARDAŞI)

  

1971-ci ildə Kəlbəcər rayonunun Əsrik kəndində anadan olub.

1972-ci ildə Bakı şəhərinə, Binə qəsəbəsinə köcüblər.

1978 -1986 – cı illərdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində olan 136 nömrəli orta məktəbdə oxuyub.

1986 -1989 – cu illərdə 112 nömrəli texniki peşə məktəbində avtoelektrik ixtisası üzrə təhsil alıb.

1989- 1991-ci illər arasında sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Sevastopolda hərbi gəmilərə raket hazırlanan hərbi bazada yangından mūhafizə və bas xilasedici olub.

1992-ci ildə Azərbaycan Respublikası daxili işlər orqanına Yasamal rayon mūhafizə xidmətinə baş cavuş təyin edilib. Çavuş təyin olunduğu gündən 2000-ci ilə qədər Yasamal rayonu mūhafizə xidmətində isləyən vaxt dəfələrlə döyüş bölgələrində ezam olunmuş, Beyləqanda, Cocuq Mərcanlıda ön cəbhədə vətən torpaqlarının müdafiəsində iştirak edib. 

Ailəlidir, bir qızı, iki oğlu var. 713 nömrəli hərbi hissədə xidmət etmiş şəhid Baxışov Rəşidin qardaşıdır.

Qızı Bakı Dövlət Unveristetinin informatika- kitabxana fakultəsində oxuyur.

Oglu hərbi xidmətini Murovda ön cəbhədə basa vurandan sonra Bakı Dənizcilik məktəbində oxuyur.

Digər oğlu şəkər xəstəsi olduğu ūcūn hərbi xidmətdə olmayıb. Musiqilə məşğuldur.

2000-ci ildə ailə vəziyyəti ilə əlaqədar öz ərizəsiylə işdən azad olunub. Həmin tarixdən indiyə kimi müxtəlif şirkətlərdə və bəzi özəl müəssisələrdə elektrik montajcı kimi işləyib.

 

MƏHƏRRƏMOV RƏHMAN TAPDIQ OĞLU 

 

 

2 aprel 1967-ci ildə Laçın rayonunun Sonasar kəndində anadan olub. 1974-1981-ci illərdə Laçın rayonu, Sonasar kənd səkkizillik məktəbini bitirmiş və həmin il Laçın rayon 127 N-li orta kənd texniki peşə məktəbinə daxil olub. 1984-ci ildə həmin məktəbin “Geniş profilli traktorçu maşinist-çilingər” peşəsi üzrə tam kursunu bitirərək ümumi orta təhsil alıb.

1984-1986-cı illərdə Almaniyada sovet ordusu sıralarında motoatıcı polkda həqiqi hərbi xidmətdə olub.

Əsgəri xidmətdən qayıtdıqdan sonra Azərbaycan Respublikası Bakı şəhər “Mineral sular” idarəsində usta vəzifəsində çalışıb.

1992-ci il iyun ayında könüllü olaraq 713 nömrəli hərbi hissəyə daxil olur. Bu hərbi hissənin nəzdində olan Vaqif Quliyevin komandiri olduğu ikinci rotanın tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.

1992-ci ilin oktyabr ayında ordudan tərxis olunduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin VVS, PVO hərbi hissəsində 15.11.1992-ci ildən mülki vətəndaş kimi işə qəbul olub. 

Ailəlidir, bir qızı var.

Qızı Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində ADR-kollecində 2-ci kursda oxuyur.

13.11.2013-cu ildə həmin hərbi hissədən öz ərizəsiylə işdən ayrılıb. Həmin vaxtdan indiyə kimi “KRAL TRANSOPRT” MMC-də qaraj rəisi işləyir.

 

İSMAYILOV SAMƏDDİN MƏHƏDDİN OĞLU

7 sentyabr 1955-ci ildə Lacın rayonunun Mişni kəndində anadan olub.

Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1974-cü ildə sovet ordusu sıralarına çağırılıb. Hərbi xidmətini Pertopavlovskda, Kamcatkada mühəndis istehkam batalyonunda başa vurub, 1976-cı ildə öz doğma kəndinə qayıdıb.

1976-cı ildən Bakı şəhərində yerləşən Qaradağ rayon Sement zavodunda işə duzəlib.

Ukraynada xüsusi kurs keçəndən sonra elə həmin Sement zavodunda operator işləyib.

1992-ci ildə könüllü olaraq Ermənistan işğalçılarına qarşı formalaşan yeni Laçın batalyonuna daxil olub. Sonradan bu batalyon 713 nömrəli hərbi hissə adlanır. Saməddin İsmayılov da 713 nömrəli hərbi hissədə Rəhman İsgəndərovun komandiri olduğu birinci rotada öz hərbi fəaliyyətini davam etdirir. Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra 1993-cü ildən 2011-ci ilə qədər sement zavodunda operator işləyib.

2011-ci ildən iaşə müəssisəsində çalışır.

Ailəlidir, iki qızı, bir oğlu var.

Hər iki qızı orta təhsillidir, evdar qadındırlar.

Oğlu ABU-nun ekologiya fakültəsini bititrb. İxtisası üzrə işləməyib. Bir müddət sement zavodda işlədikdən sonra öz ərizəsilə işdən çıxıb. Oğlu hazırda işləmir, ailəlidir.

Ismayılov Saməddin hazırda da iaşə müəssisəsində çalışır.

ABBASOV MUSA İNŞALLAH OĞLU

 

Abbasov Musa İnşallah oğlu 14 dekabr 1969-cu ildə Laçın rayonunun Arduşlu kəndində anadan olub.

1977-1987-ci ilərdə Arduşlu kənd tam orta məktəbində oxuyub. 1987-1988-ci illərdə Xankəndi sürücülük məktəbində təhsil alıb.

1988-ci il 9 iyunda hərbi xidmətə gedib. Qorki və başqa şəhərlərdə tank qoşunları hissəsində sürücü mexanik kimi xidmət edib.

 

1990-cı ildə hərbi xidmətini başa vurub.

1990-1992-ci ildə kənddə kolxozda işləyib.

1992-ci ildə könüllü olaraq torpaqlarımızı Ermənistan silahlı birləşmələrindən müdafiə etmək üçün orduya yazılıb. 713 nömrəli hərbi hissədə Vaqif Quliyevin komandiri olduğu 2-ci rotanın tərkibində bir sıra döyüşlərdə iştirak edib.

1993-2000-ci illər ərzində DİN-də polis serjantı kimi işləyib.

2000-2019-cu illər ərzində səyyar alverlə, bir müddət də taksi fəaliyyəti ilə məşğul olub.

Ailəlidir. 2 oğlu, 1 qızı var.

Böyük oğlu orta təhsillidir. DİN-də polis serjantı kimi işləyir.

 

Kiçik oğlu orta məktəb şagirdidir. Qızı ali təhsillidir, işləmir.

Abbasov Musa hazırda işləmir.

 

NOVRUZOV YUNİS CƏLAL OĞLU

 



Novruzov Yunis Cəlal oğlu 5 oktyabr 1960-cı ildə Xocalı rayonunun Kərkicahan qəsəbəsində anadan olub.

1968-ci ildə Kərkicahan qəsəbə Səməd Vurğun adına 6 nömrəli orta məktəbin1-ci sinfinə daxil olub. 1976-cı ildə həmin məktəbin 8-ci sinfini bitirəndən sonra Şuşa şəhər 72 nömrəli texniki peşə məktəbinə qəbul olub. 1979-cu ildə həmin məktəbi bitirərək rəngsaz peşəsinə yiyələnib.

 

1980-ci ildə sovet ordusu sıralarına çağrılmış və xidmətini Qazaxstan respublikasının Baykanur və Leninski şəhərində mühəndis istehkam batalyonunda keçmişdir. 1982-ci ildə xidmətini başa vuraraq vətənə qayıdıb. Həmin vaxtdan Qarabağ İpək Fabrikində çalışıb.

6 ay polisdə işləyib.

 

Xankəndindən sorğuya cavab gəlmədiyinə görə sənədləri yenidən həmin müəssisəyə qaytarılıb. 1986-cı ildə komsomolçu kimi Rusiyanın Krasnoyarsk şəhərinə göndərilib. Orada tikinti idarəsi, alüminium və hərbi sənaye zavodlarında çalışıb.

Bir müddətdən sonra Krasnoyarsk şəhər milis idarəsində milis nəfəri vəzifəsində çalışıb.

 

1990-cı ilin yanvar ayında vətənə qayıdıb. Onu öz doğma kəndi Kərkicahan kəndində qeydiyyata düşməsinə ermənilər imkan verməyiblər. Buna görə də Yunis ata-baba yurdu olan Laçın rayonunun Ərdəşəvi kəndinə gəlir.

Erməni quldurlarının Xankəndində baş qaldırdıqlarını görən Yunis Kərkicahan qəsəbəsinə gəlir və qəsəbə özünümüdafiə dəstəsinə qoşulur.

 

1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının Ermənistan tərəfindən işğalından sonra Novruzov Yunis 811 nömrəli Laçın alayının tərkibində döyüşlərə qatılır. 1992-ci ildən Yunis öz döyüş yolunu 713 nömrəli hərbi hissənin komendant rotasının tərkibində davam etdirir. Bir sıra döyüşlərdə iştirak edir. Kəlbəcər rayonunun işğalından sonra Goranboy batalyonuna qoşularaq Murovdağ və Ağcakənd istiqamətində gedən döyüşlərdə iştirak edib.

1993-cü ilin may ayında növbəti döyüşdə başından kantuziya alaraq milli ordudan tərxis olunub.

Ailəlidir, 2 oğlu var.

Böyük oğlu orta təhsillidir. Hazırda Bakı şəhər mühafizə polisində işləyir.

Kiçik oğlu orta təhsillidir, hazırda Gəncə Regional Təhsil Şöbəsinin Xocalı rayon Təhsil idarəsinin təsərrüfat şöbəsində qrup rəhbəri işləyir.

Hazırda yaşıllaşdırma idarəsində briqadir vəzifəsində işləyir.

 

BABAVERDİYEV AZƏR XASAY OĞLU

 

10 fevral 1973-cü ildə Laçın rayonunun Minkənd kəndində anadan olub.

1980-1990-cı illərdə Laçın rayon Minkənd kənd orta məktəbində oxuyub.

 

1991-ci ildə Azərbaycanın ilk milli orduduna həqiqi hərbi xidmətə çağırılır. 811 nömrəli  Laçın özünümüdafiə batalyonunda xidmət edib.

 

Erməni daşnak qüvvələri tərəfindən Laçın işğal olunduqdan sonra 713 nömrəli hərbi hissəyə daxil olur. Şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci rotanın tərkibində Laçın uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonrakı dövrlərdə ara fasilələrlə müxtəlif iaşə müəssisələrində çalışıb.

Orta təhsillidir.

Ailəlidir, iki oğlu var. Hər iki övladı məktəblidir.

Hal hazırda maldarlıqla məşğuldur.

 

 

ALIYEV ZÖHRAB İBRAHİM OĞLU

 

22 may 1967-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub.

 

1974-cü ildə Laçın rayonunun Mişni kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirib.

1982-1984-cü illərdə Binəqədi rayon 22 nömrəli texniki peşə məktəbində oxuyub.

1985-1987-ci illərdə Qazaxıstanda aviasiya qoşunlarında sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Ordudan tərxis olunduqdan sonra 1987-1990-cı illərdə “Qafqazeneryimontaj” müəssisəsinin xəttilə Rusiya Federasiyasının Novosibirsk şəhərində su xətlərinin çəklişiylə məşğul olub.

1990-cı ildə Azərbaycana qayıdır. Elə həmin ildən 1992-ci il 10 aprel tarixinə qədər Keşlə maşınqayırma zavodunun Laçın filialında işləyib.

Ermənistan tərəfindən Laçın rayonu işğal olunandan sonra könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

19 oktyabr 1992-ci ildə yaralandıqdan sonra qospitala yerləşdirilir. Müalicə olunduqdan sonra Füzuli bölgəsində gedən hərbi əməliyyatlarda iştirak edib. Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 

Laçın rayonunun polis qüvvələri tərkibində döyüş yolu keçib.

1994-1996-cı illərdə Mərdəkanda xüsusi orta polis məktəbində oxuyub.

Ailəlidir, 2 övladı var.

Qızı Sumqayıt Dövlət Universitetində oxuyub, işləmir.

Oğlu orta məktəb şagirdidir.

1996-cı ildən 2020-ci ilə qədər Laçın polisində xidmət edib. 2020-ci il iyulun 7-də Haqq Dünyasına qovuşub.

 

 

HƏSƏNOV ETİBAR ZİYAD OĞLU

 

17 iyul 1966-cı ildə Xankəndi şəhərində anadan olub.

Ailələri 1970-ci ildən Laçın rayonunun Nağdalı kəndində məskunlaşıblar.

1973-1983-cü illər arasında Nağdalı kənd orta məktəbində oxuyub. 1983-1989 – cü ildə illər arasında kənddə sovxozda fəhlə işləyib.

1987-1989-cu illərdə sovet ordusu sıralarında hərbi hava qüvvələrində həqiqi hərbi xidmətdə olub.

Məlum hadisələr başlayanda könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il may ayında 713 nömrəli hərbi hissənin komendant rotasında daxil olub.

Ordudan tərxis olunandan sonra 2008 -ci ilə qədər ticarətlə məşğul olub.

2008-ci ildən ARDNŞ Təhlükəsizlik İdarəsində işləyir.

Ailəlidir, iki oğlu, bir qızı var.

Böyük oğlu BDU-nun Qazax filialının tarix – coğrafiya fakultəsini bitirib, hal-hazırda işləmir. İkinci oğlu işləmir, 3-cü qrup əlildir, sosial müavinət alır.

Qızı BDU-nun jurnalistika fakültəsinin birinci kursunu bitirib.

Fərdi fəaliyyətlə məşğuldur.

 

 

NƏSİBOV MÜBARİZ NƏSİB OĞLU

 

10 oktyabr 1970-ci ildə Əskəran rayonunun Dağdağan kəndində anadan olub.

1977-ci ildə ildə Xankəndi şəhərində 4 nömrəli Nizami adına tam orta məktəbin birinci sinfinə daxil olub, 1987-ci ildə həmin məktəbi bitirib.

1988-1990-cı illərdə sovet ordusu sıralarında Çitada piyada qoşun hissəsində xidmət edib. 1991-ci ilin noyabr ayından könüllü hərbi birləşmələrə qoşularaq Şuşada, Kərkicahanda olub. 1992-ci ilin iyun ayından 713 nömrəli hərbi hissənin komendant rotasında xidmət edib. Sonradan 811 nömrəli hərbi hissənin tərkibində döyüşüb.

Müharibədən sonra fərdi fəaliyyətlə məşğul olub.

Orta təhsillidir.

Ailəlidir, bir qızı var.

Qızı orta məktəbi bu il bitirib.

Metroda növbə rəisi işləyir.

 

ALXANOV ASƏF DAVUD OĞLU

 

1 noyabr 1967-ci ildə Laçın rayonunun Hətəmlər kəndində anadan olub.

1974-1984-cü illərdə Laçın rayonu, Daşlıkənd orta məktəbində oxuyub.

1985-1987-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində yaşayır.

1987-1991-ci fərdi fəaliyyətlə məşğul olub.

1991-ci ildə indiki Nəsrəddin Tusi adına Pedaqoji Universitetin Hərbi hazırlıq və Bədən tərbiyəsi fakültəsinə qəbul olub.

1992-ci ilin may ayında könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılıb. May ayından 1992-ci ilin dekabrına qədər Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib. Müharibədən sonra institutda təhsilini davam etdirib 1996-cı ildə başa vurub.

1996-cı ildən sonra özəl fəaliyyətlə məşğul olub.

Ailəlidir, bir qızı, bir oğlu var.

Alxanov Asəf hazırda tikinti sektorunda çalışır, iş icraçısıdır.

 

 

ƏLİYEV ƏDALƏT RƏCƏF OĞLU

 

1961-ci il may ayının 1-də Laçın rayonunun Mişni kəndində anadan olub.

1969-1979-cu illər arasında Laçın rayonu, Mişni kənd orta məktəbində oxuyub. 1979-cu ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb.

Xidmətini 1981-ci ildə Rusiyanın Murmansk şəhərində mühəndis istehkam batalyonunda başa vurub. 1982-ci ildə ailə həyatı qurub. Laçın rayonunda müxtəlif təşkilatlarda suvaqçı bənna vəzifəsində işləyib.

1992-ci ildən Laçın rayonunun Ermənistan tərəfindən işğalı ilə əlaqədar olaraq qaçqın həyatı yaşayır. 1988-ci ilin fevral ayından 1992-ci ilin may ayına kimi Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkinində erməni qəsbkarlarına qarşı gedən döyüş əməliyatlarında iştirak edib.

Laçının işğalından sonra 713 nömrəli hərbi hissənin nəzdində İsgəndərov Rəhmanın komandiri olduğu birinci rotanın tərkibində döyüş əməliyyatlarında olub.

Ailəlidir, üç övladı var.

Qızı ali təhsillidir, ailəlidir, 2 övladı var.

Hər iki oğlanları ailəlidir, işləyirlər. Oğlunun biri ali təhsillidir.

Fərdi fəaliyyətlə məşğuldur.

 

 

ABBASOV MƏHƏRRƏM RAFİQ OĞLU

 

1969-cu il fevralın 14-də Laçın rayonu, Minkənd kəndində anadan olub.

1976-cı ildə Laçın rayon Minkənd orta məktəbinini birinci sinfinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirib. 1984-cü ildə Laçın rayonundakı 127 saylı texniki peşə məktəbinin traktorist qrupuna daxil olmuş, 1987-ci ildə oranı bitirmişdir.

1987-ci ildə sovet ordusu sıralarına çağırılır, İrkutski vilayətində daxili qoşunlarda xidmətə başlayıb 1989-cu ildə hərbi xidməti başa vurub Laçına qayıdır.

Ordudan tərxis olunduqdan sonra 1991-ci ilə qədər heç bir yerdə işləməyib.

1991-ci ildə Laçın rayonu özünümüdafiə batalyonuna daxil olub. 1992-ci ildə Laçının Ermənistan tərəfindən işğalından sonra 713 nömrəli hərbi hissəyə daxil olan birinci rotanın tərkibində Laçın uğrunda gedən döyüşlərdə iştirak edib.

Ailəlidir, bir oğlu, bir qızı var.

Oğlu Azərbaycan Dövlət Pedoqoji Universitetinin texnologiya-mühəndis fakultəsini bitirib, hal-hazırda işləmir.

Qızı Azərbaycan Dövlət Pedoqoji kollecinin ailə və ev təhsili fakültəsini bitirib, hal-hazırda işləmir.

Abbasov Məhərrəm 1994-cü ildən 2014-cü ilə qədər Xəzər Dəniz Gəmiçilik Akademiyasında gözətçi işləyib. 2014-cü ildən bu günə qədər ASCO-da (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mühafizə idarəsi) mühafizədə işləyir.

 

 

MƏMMƏDOV TAHİR HƏSƏNBALA OĞLU

 

28 dekabr 1952-ci ildə Salyan rayonunda anadan olub.

1958-1967-ci ildə Salyan rayonu, 27 nömrəli orta məktəbin səkkizinci sinfini bitirib. 1967-ci ildə politexnik texnikumuna daxil olur.

1971-1973-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Kirov şəhərində daxili qoşunlarda xidmət edib.

Ordudan tərxis olunduqdan sonra texnikumda təhsilini davam etdirib.

1974-cü ildən 1976-cı ilə qədər Salyan rayonunda 9 nömrəli su meliorasiya idarəsində iş icraçısı işləyib. 1976-1978-ci illərdə Salyan rayonunda plastmas zavodunda təchizatçı mühəndis kimi çalışıb.

1978-ci ildə Bakıya köçür. Elə həmin ildən Bakı şəhər nəzdində olan 1 nömrəli TTİ-də, 1985-ci ildən 1992-ci ilə qədər isə 9 nömrəli təmir tikinti idarəsində iş icraçısı işləyib.

Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunandan sonra 1992-ci ildə könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci rotada tağım komandiri olub.

Ordudan tərxis olunandan sonra müxtəlif istiqamətlərdə fərdi biznes fəaliyyətilə məşğul olub. Ailəlidir, bir oğlu, bir qızı var.

Oğlu ali təhsillidir, Azərbaycan Dövlət Neft və Kimya Akademiyasını bitirib. Hazırda ARDNŞ-də mühəndis işləyir.

Qızı orta təhsillidir, evdar qadındır.

Təqaüdçüdür.

 

MƏMMƏDOV ASİF YUSİF OĞLU

 

12 mart 1973-cü ildə Bakı şəhərində anadan olub.

1980-1990-cı illərdə Bakı şəhəri, Xətaii rayonunda yerləşən 254 saylı orta məktəbdə oxuyub. 1990-1991-ci illərdə sovet ordusu sıralarında Leninqradda mühəndis istehkam batalyonunda xidmət edib.

Xocalı soyqırımından sonra sovet ordusu sıralarından qaçıb Azərbaycana gəlir. Azərbaycana qayıdandan sonra könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılıb. Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

Ordudan tərxis olunduqdan sonra 1994-1996-cı illərdə Qarabağ Əlillər Cəmiyyətinin Xətai rayon şöbəsinin sədri olub.

1998-2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində oxuyub. Ali təhsilini başa vurduqdan sonra Suraxanı rayonu, Əmircan qəsəbəsindəki 84 nömrəli orta məktəbdə öz ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğul olub.

2003-2005-ci illərdə Sumqayıt Dövlət Universitetində magistratura təhsili alıb. 

Ailəlidir, üç oğlu var.

İki oğlu məktəbli, biri isə azyaşlıdır.

2007-ci ildən indiyə kimi Sabunçu rayonunda 311 saylı orta məktəbdə öz ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğuldur.

AĞAYEV MEHMAN AĞA OĞLU

 

20 dekabr 1959-cu ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olub. 1967-1977-ci ildə Şamaxı rayonunda 1 nömrəli orta məktəbdə oxuyub. 1977-ci ildə Bakı Kooperasiya texnikumuna daxil olur.

1978-1980-ci illərdə sovet ordusu sıralarında Arxangelskdə mühəndis istehkam batalyonunda serjant rütbəsində xidmət edib.

Ordudan tərxis olunduqdan sonra 1980-1981-ci illərdə təhsilini davam etdirib. Şamaxı şəhərində bir sıra ictimai iaşə müəssisələrində işləyb. Sonradan bu fəaliyyətini Xəzər Dəniz Gəmiçilik İdarəsində texnik-texnoloq kimi davam etdirib.

Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal olunandan sonra könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın 3-cü tağımında xidmət edib.

Ordudan sonra 1993-1994-cü illərdə Nəsimi rayonunda mülki müdafiə qərargahında aparıcı mütəxəssis kimi işləyib.

1995-ci ildən 2000-ci ilə qədər turizm sektorunda fəaliyyət göstərib. 2000-2012-ci illər arasında fərdi biznes fəaliyyətilə məşğul olub.

Orta təhsillidir.

Ailəlidir, övladı vəfat edib.

İkinci qrup əlildir.

 

 

ƏSƏDOV VASİF İSA OĞLU

 

VASYA

 

01.09.1966-cı ildə Laçın rayonunun Mişni kəndində anadan olub.

1973-1983-cü illərdə Mişni kənd orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən sonra sovet ordusu sıralarına həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Macarıstanda reaktiv artilleriya qoşun birləşmələrində başa vurub.

Sovet ordusundan tərxis olunduqdan sonra 1987-1988-ci illərdə Laçın rayonu 1 saylı texniki peşə məktəbində oxuyub.

1988-1992-ci illər arasında laçın rayon təmir tikinti idarəsində işləyib.

Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal olunduqdan sonra Əsədov Vasif könüllü olaraq ordu birləşmələrinə yazılır. 713 nömrəli hərbi hissəyə daxil olan Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra 1992-1996-cı illərdə yenidən Laçın rayon

təmir-tikinti idarəsində işləyib.

1996-1998-ci illərdə Laçın rayon mədəniyyət şöbəsində səyyar kitabxanaçı kimi fəaliyyət göstərib.

1998-2006-cı illərdə fərdi təsərrüfatla məşğul olub.

2006-2008-ci illərdə yenidən Laçın rayon mədəniyyət şöbəsində kitabxanaçı işləyib.

2008-2014-cü illərdə fərdi təsərrüfatla məşğul olub.

Orta təhsillidir.

Ailəlidir, bir qızı, bir oğlu var.

Hər iki övladı azyaşlıdır.

2014-cü ildən etibarən ictimai iaşə müəssisələrində çalışır.

 

İBRAHİMOV SAHİB ƏLƏMŞAH OĞLU 

 

 

20.09. 1954-cü ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

1961-1971-ci illərdə Pircahan kənd orta məktəbində oxuyub.

1973-1975-ci illərdə Cexoslavakiyada sovet ordusu sıralarında mühəndis-istehkam hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.

1975-1979-cu illərdə Bakı Politexnik texnikumunda sənaye və mülki tikinti üzrə təhsil alıb.

1979-cu ildən etibarən ara fasilələrləAzərbaycan Nəqliyyat Trestinin nəzdindəki ayrı-ayrı idarələrdə işləyib.

1990-19992-ci illərdə Xəzər Dəniz Gəmiçilik İdarəsində təmir tikinti müəssisəsində fəaliyyət göstərib.

1992-ci ildə işğalçı Ermənistanın ordusuna qarşı döyüşmək üçün könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil olur. Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində keçirilən hərbi əməliyyatlarda iştirak edib.

Müharibədən sonra 1993-cü ildən 2011-ci ilə qədər “Azərtunel” Tikinti İdarəsində çalışıb.

Orta texniki təhsillidir. Ailəlidir, üç oğlu var.

Böyük oğlu İqtisad Universitetini bitirib, hazırda “Vidainşaat”da mühasib işləyir.

Ortancıl oğlu Ərdəhan Dövlət Universitetini bitirib, hazırda hərbi xidmətdədir.

Kiçik oğlu Ərdəhan Dövlət Universitetini bitirib, hazırda hərbi xidmətdədir.

İbrahimov Sahib 2011-ci ildən indiyə kimi “Hidroinşaatservis” MMC-də işləyir.

 

 

QASIMOV NİYAZ ARAZ OĞLU

 

28.11. 1966-cı ildə Laçın rayonunun Zorkeşiş kəndində anadan olub.

1973-1983-cü illərdə Zorkeşiş kənd orta məktəbində oxuyub.

1985-1987-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Xidmətini Moskvada mühəndis-istehkam hərbi hissəsində başa vurur.

1987-1990-cı illərdə Ukraynada avtomobil zavodunda işləyib.

Məlum hadisələrlə əlaqədar olaraq 1990-cı ildə vətənə dönən Qasımov Niyaz 1992-ci ilə qədər taksi fəaliyyətilə məşğul olur.

Ermənistanın qəsbkar siyasətindən sonra 1992-ci ildə könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissəyə yazılır. Budaq Nəsibovun komandiri olduğu üçüncü rotanın tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra sürüçü işləyib.

Orta təhsillidir.

Ailəlidir, iki oğlu var.

Böyük oğlu orta təhsillidir, fərdi fəaliyyətlə məşğuldur. Kiçik oğlu Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

Qasımov Niyaz hazırda da taksi fəaliyyətilə məşğuldur.

 

 

MİKAYILOV MİKAYIL ŞAHVERDİ OĞLU

 

 

 

31.01.1949-cu ildə Laçın rayonunun Alqulu kəndində anadan olub.

1956-1966-cı illərdə Alqulu və Pircahan kənd orta məktəblərində oxuyub.

1968-1970-ci ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb, Gürcüstanda daxili qoşunlarda xidmət edib.

1970-ci ildən etibarən rayondakı müxtəlif idarə və təşklatlarda sürücü kimi işləyib.

Ermənistanın Azərbaycana təcavüzündən sonra 1992-ci ildə könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılır. Budaq Nəsibovun komandiri olduğu üçüncü rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.

Orta təhsillidir.

Subaydır.

Müharibədən sonra indiyə qədər fərdi təsərrüfatla məşğuldur.

 

 

QƏHRƏMANOV MƏZAHİR CƏMALƏDDİN OĞLU

 

      

 

 

Qəhrəmanov Məzahir Cəmaləddin oğlu 06.07.1968-ci ildə Laçın rayonunun Kürdhacı kəndində doğulub.
1975-1985-ci illərdə Kürdhacı kənd orta məktəbini bitirib.

1986-1988-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini Leninqradda mühəndis istehkam qoşun hissəsində başa vurub.

Hərbi xidmətdən tərxis olunduqdan sonra Kürdhacı kənd ərzaq mağazasında müdir işləyib.

1988-ci ildə Azərbaycana qarşı erməni separatizminin baş qaldırdığını görən Qəhrəmanov Məzahir 1992-ci ildə könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılır. Budaq Nəsibovun komandiri olduğu üçüncü rotanın tərkibində döyüş əməliyyatlarında iştirak edib.

Laçın, Ağdərə, Kəlbəcər, Füzuli, Ağdam, Tərtər istiqamətində gedən hərbi əməliyyatlarda döyüş yolu keçib. Kəşfiyyat bölüyündə komandir kimi fəaliyyət göstərib.

1996-cı ildə 701 saylı birqadadan tərxis olunub.

Ordudan tərxis olunduqdan sonra 2001-ci ilə qədər işsiz qalıb.

2001-2009-cu illərdə “Azəriqaz”da çilingər və usta kimi fəaliyyət göstərib.

Orta təhsillidir. Ailəlidir, bir oğlu, bir qızı var.

Oğlu ali təhsillidir. Bədən Tərbiyəsi və İdman Akademiyyasını bitirib. Güləş üzrə məşqçıdir. İşsizdir.

Həyat yoldaşı və qızı birinci qrup əlildir.

2014-cü ildən Bakı Təmiz Qaz Qapalı cəmiyyətində xətt baxıcısı işləyir.

Sabunçu rayonu, Zabrat qəsəbəsindəki, yeni yaşayış massivində yaşayır.

 

 

BAYRAMOV SƏDRƏDDİN DİLƏN OĞLU

27 aprel 1972-ci ildə Kəlbəcər rayonunun Sarıdaş kəndində anadan olub.

1979-1989-cu illərdə Sarıdaş kənd orta məktəbində oxuyub.

1989-1991-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Xidmətinin daxili qoşun hərbi birləşmələrində başa vurub.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları baş qaldıranda təcavüzkara qarşı mübarizə aparmaq üçün Bayramov Sədrəddin könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibinə qatılır. Şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib.

Müharibədən sonra 1992-ci ildən 2015-ci ilə qədər Rusiya ərazisində yaşayıb, ticarətlə məşğul olub.

2015-ci il Azərbaycana qayıdan Sədrəddin burada da fərdi bizneslə məşğul olur.

Orta təhsillidir.

Ailəlidir, bir qızı, bir oğlu var. Hər iki övladı məktəblidir.

Keşlədə, A.Mirzəyev küçəsi, ev 55-də yaşayır.

HƏTƏMOV İSMƏT ƏLİŞ OĞLU

06.05.1972-ci ildə Kəlbəcər rayonunun Qılınclı kəndində anadan olub.

1979-1989-cu illərdə Qılınclı kənd orta məktəbində oxuyub.

1982-1989-cu illərdə Oğuz rayonunun Şirvanlı kəndində orta təhsilini davam etdirib.

1990-1992-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Qazaxıstan respublikasının Cambul vilayətində tank qoşunlarında sürücü-mexanik olub.

Sovet ordusundan tərxis olunduqdan sonra Ermənistan tərəfinən aparılan işğalçı müharibədə vətənin müdafiəsinə qalxır. Könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibnə daxil olur. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.Sonradan hərbi xidmətini 701 nömrəli briqadanın kəşfiyyat rotasında 1996-cı ilə qədər xidmət edib.

1996-cı ildən 2001-ci ilə qədər Müdafiə Nazirliyinin xüsusi təyinatlı taborunda xidmətinin davam etdirib.

2001-ci ildən indiyə qədər tikinti sahəsində fərdi fəaliyyətlə məşğuldur.

Orta təhsillidir.

Ailəlidir, iki oğlu var.

Böyük oğlu Türkiyədə Turizm İnstitutunda oxuyur.

Kiçik oğlu Memarlıq və İnşaat Universitetində oxuyur.

Hazırda Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndində yaşayır.

HƏTƏMOV SEYFULLA ƏLİŞ OĞLU

06.05.1972-ci ildə Kəlbəcər rayonunun Qılınclı kəndində anadan olub.

1979-1989-cu illərdə Qılınclı kənd orta məktəbində oxuyub.

1982-1989-cu illərdə Oğuz rayonunun Şirvanlı kəndində orta təhsilini davam etdirib.

1990-1992-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Qazaxıstan respublikasının Cambul vilayətində tank qoşunlarında sürücü-mexanik olub.

Sovet ordusundan tərxis olunduqdan sonra Ermənistan tərəfinən aparılan işğalçı müharibədə vətənin müdafiəsinə qalxır. Könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibnə daxil olur. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.Sonradan hərbi xidmətini 701 nömrəli briqadanın kəşfiyyat rotasında 1996-cı ilə qədər xidmət edib.

1996-cı ildən 2003-cü ilə qədər xidmətini Kəlbəcər rayonunun mülki polis sistemində davam etdirib.

2003-cü ildən indiyə qədər tikinti sahəsində fərdi fəaliyyətlə məşğuldur.

Orta təhsillidir.

Ailəlidir, iki qızı, bir oğlu var. Övladlarının hər üçü orta məktəb şagirdləridir.

Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayır.

NADİROV RAFAEL QASIM OĞLU

1960-cı ilin 15 oktyabrında Laçın rayonunun Mişni kəndində anadan olub.

1967-1977-ci illərdə Mişni kənd orta məktəbində oxuyub.

1978-1979-cu illərdə Mişni kəndində kolxozda işləyib.

1979-1981-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb.Qazaxıstan respublikasının Semipalatinsk şəhərində mühəndis istehkma qoşun birləşməsində hərbi xidmətdə olub.

Sovet ordusundan tərxis olunduqdan sonra Bakı şəhərində mərkəzi telefon qovşağında rabitəçi işləyib.

1981-ci ildə Politexnik İnstitutunun elektromexanika fakültəsinə daxil olur. 1987-ci ildə həmin institutu bitirib.

1987-1992-ci illərdə Bakı şəhəri Nizami rayonunda telefon qovşağında rabitəçi işləyib.

Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü başlayandan sonra könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissəyə yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Sonradn Füzuli rayonunda hərbi əməliyyatlarda iştirak edən Rafael hərbi hissə dağılandan sonra Laçın polisinin tərkibində mübarizəsini davam etdirir.

Müharibədən sonra bir müüddət işsiz qaldıqdan sonra 1994-1995-ci illərdə Nizami rayon telefon qovşağında rabitəçi kimi işləyib.

1997-ci ildən 2016-cı ilə qədər Rusiyada energetika sahəsində mühəndis kimi çalışır.

2016-ı ildən Azərbaycandadır, birinci qrup əlildir.

Orta təhsillidir.

Ailəlidir, bir qızı var.

Qızı məktəblidir, ikinci qrup əlildir.

Hazıırda Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 54-də yaşayır.

SƏMƏDOV SƏMƏD KƏRİM OĞLU – ŞƏHİD

1973-cü il iyul ayında Laçın rayonunun Pircahan kəndində anadan olub.

1980-1990-cı illər arasında Pircahan kənd orta məktəbində oxuyub. Məktəbin bütün ictimai tədbirlərində

ən fəal iştirak edən şagirdlərdən olub.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü, eləcə də Bakıda və ətraf rayonlarda sovet ordusunun törətdiyi qanlı Yanvar qətliamından sonra Səməd komsomal təşkilatının sıralarını tərk edərək öz biletindən imtina edib.

1991-ci ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılaraq Almaniyaya göndərilir. Xidmət müddətində Azərbaycanda gedən milli azadlıq hərəkatı və yeni yaranan ordumuz barədə məlumat aldıqdan sonra digər həmvətənlərimiz kimi Səməd də Azərbaycana qayıtmış, torpaqlarımızın azadlığı uğrunda yeni yaranan 713 nömrəli hərbi hissənin sıralarına qoşulur.

Onun döyüş yolu Laçın, Ağdərə və Kəlbəcər istiqamətlərində aparılan hərbi əməliyyatlardan keçib.

1992-ci ilin iyul-avqust aylarında Laçın rayonunun Piçənis, Vağazin, Haqnəzər, Bülüldüz, Pircahan və Hoçaz, Ağdərə rayonunun Getavan, Arutunaqamer və Vəng kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüşdür.

1992-ci ilin dekabr ayında 713 nömrəli hərbi hissə ləğv edildikdən sonra xidmətini 811 nömrəli hərbi hissədə davam etdirib.

1993-ci il aprel ayının 1-də Laçın rayonunun Piçənis kəndində döyüşçü öz sinif yoldaşı Laçın rayonunun Pircahan kəndindən olan Ağakişiyev Seymur Qəhrəman oğlu ilə birlikdə düşmən mühasirəsinə düşmüş və sona qədər döyüşərək qəhrəmancasına həlak olublar.

Qəbri və qəbirüstü abidəsi yoxdur. Bu və ya digər formada adı əbədiləşdirilməyib.

NƏSİBOV TURAB ƏBİL OĞLU – ŞƏHİD

17 aprel 1971-ci ildə Bakı şəhərində anadan olub.

1978-ci ildə Bakı şəhəri, Xətayi rayonunda yerləşən 257 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş, 1986-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirib.

Orta təhsilini texniki peşə məktəbində davam etdirən Turab həmin təhsil müəssisəsini bitirdikdən sonra sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılır.

1989-1991-ci illər arasında Rusiyanın Amur vilayətində həqiqi hərbi xidmətdə olub.

Azərbaycanda başlanan milli azadlıq mücadiləsi, eləcə də Ermənistanın Azərbaycana təcavüzü öz vətənpərvərliyilə seçilən Turabın da ön cəbhəyə yazılmasına səbəb olur.

1992-ci ilin iyun ayında cəbhədə vəziyyətin gərginləşməsilə əlaqədar olaraq yeni yaranan 713 nömrəli hərbi hissənin sıralarına qoşularaq özünün doğma yurdu olan Laçın rayonuna yola düşüb. O, əvvəlcə Laçın rayonunun Piçənis, Vağazin, Haqnəzər, Pircahan və Hoçaz kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş, sonradan bu döyüş yolunu Ağdərə rayonunun Getavan, Arutunaqamer, Vəng kəndləri uğrunda gedən hərbi əməliyyatlarda da davam etdirmişdir.

1992-ci ilin dekabrında döyüşdüyü hərbi hissə ləğv ediləndən sonra o, Laçın rayonunun polis şöbəsi sıralarına daxil olur. 1994-cü ilin may ayında əldə olunan atəşkəsə qədər Füzuli rayonu istiqamətində gedən bütün döyüşlərdə iştirak edib. Dəfələrələ yaralanma, eləcə də xəstəliklərlə əlaqədar olaraq qospitalda müalicə olunub. Qospitalda müalicə aldıqdan sonra Turab yenidən öz döyüş yoldaşlarının sırasına qayıdır.

Atəşkəslə bağlı müqavilə imzalandıqdan sonra xidməti yerini Bakı şəhərinə dəyişərək 1997-ci ilin mart ayına qədər mühafizə polisində öz xidmətini davam etdirib. Xidməti vəzifəsini yerinə yetirərərkən ağır xəstəliyə tutulmuş və 1997-ci ilin aprel ayının 7-də vəfat etmişdir.

Bu günə qədər qəhrəman döyüşçümüzün öz xidməti vəzifəsini yerinə yetirərkən aldığı xəstəlikdən həlak olması barədə ailə üzvlərinə heç bir sənəd təqdim edilməmişdir.

Ailəsi hal-hazırda Bakı Xətai rayonu Zığ yolu 823 keçid Dənizçilik məktəbinin yataqxanasında məskunlaşıb.

NURUYEV ƏFQAN ABBAS OĞLU

Nuruyev Əfqan Abbas oğlu 1971-ci ilin yanvarın 10-da Kəlbəcər rayonunun Ağcakən kəndində anadan olub.

1978-1988-ci illərdə Ağcakənd orta məktəbində oxuyub.

1989-1991-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılıb. Rusiyanin Permski vilayətində daxili qoşunlarda xidmət edib.

Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü başlayandan sonra könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissəyə yazılır. Rəhman İsgəndərovun komandiri olduğu 1-ci bölüyun tərkibində Ağdərə və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

713 nömrəli hərbi hissə dağılandan sonra 714-cü hərbi hissədə tağım komandiri təyin olunub. 714-cü hərbi hissə ləğv ediləndən sonra 1993-cü ilin sonlarından 701 nomrəli briqadanın rabitə bölüyündə xidmət edib. 1994-ci il yanvar ayının 10-da Murovdağ əməliyyatında yaralanır.

1994-cü ildən 2-ci qrup Qarabağ əlilidir. Heç bir işlə məşğul deyil.

Orta təsillidir.

Ailəlidir, bir oğlu, bir qızı var, hər iksi məktəblidir.

Hal-hazırda Bakıda, Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayır.

 

 

ƏHMƏDOV ELBURUS QARAŞ OĞLU

 

 

17 iyun 1960-cı ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

1967-1977-ci illər arasında Pircahan kənd orta məktəbində oxuyub.

1978-1979-cu illərdə Laçın rayonunda peşə məktəbində oxuyub.

1979-1981-ci illər arasında sovet ordusuna həqiqi hərbi xidmətə çağırılır. Rusiyanın Rostov vilayətində hava hücumundan müdafiə qoşunlarında xidmət edib.

1982-1990-cı illərdə İnşaat Mühəndisləri İnstitutunda oxuyub.

1985-1990-cı illərdə Pircahan kəndində sovxozda komsomol komitəsinin katibi olub.

1990-1992-ci illərdə həmin sovxozda təsərrüfat briqadiri olub.

Azərbaycan torpaqları Ermənistan tərəfindən işğala məruz qalanda könüllü olaraq torpaqlarımızın müdafiəsi üçün yeni formalaşan 713 nömrəli hərbi hissəyə yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra bir müddət işsiz qalıb. 1995-ci ildən 2003-cü ilə qədər BTZ-də mühafizəçi işləyib.

2003-cü ildən 2011-ci ilədək bu zavodda quraşdırıcı kimi işləyib.

2012-ci ildən indiyə qədər “Riyad” firmasında mühafizəçi işləyir.

Ali təhsillidir.

Ailəlidir, iki qızı, iki oğlu var.

Böyük qızı Avrasiya Universitetini bitirib. Turizm sektorunda alman dili üzrə tərcüməçi işləyir.

Kiçik qızı orta texniki təhsillidir, evdar xanımdır.

Böyük oğlu İqtisad Universitetini bitirib, işləmir.

Kiçik oğlu İnşaat texnikumunu bitirib, mühafizəçi işləyir.

Hazırda Sumqayıt şəhəri, 22-ci məhəllə, 1 nömrəli yataqxanada yaşayır.

 

NƏBİYEV NƏRİMAN İSMAYIL OĞLU –  ŞƏHİD

 

 

 

Nəbiyev Nəriman İsmayıl oğlu 1950-ci ildə Laçın rayonunun İmanlar kəndində anadan olub.

1957-1967-ci illərdə Laçın rayonunun Hacıxanlı kənd orta məktəbində oxuyub.

1967-1969-cu illərdə Bakıda texniki-peşə məktəbində elektrik avadanlıqları üzrə çilingər ixtisasına yiyələnib.

1969-1971-ci illərdə sovet ordusu sıralarında Rusiyanın Orenburq şəhərində həqiqi hərbi xidmətdə olub.

1972-1988-ci illərdə Xankəndi şəhərində avtoçilingər işləyib.

1988-ci ildə Xankəndi şəhərindən məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşıb.

1988-1992-ci illərdə Bakı şəhərində müxtəlif yerlərdə avtoçilingər işləyib.

Ermənistan Azərbaycan ərazilərini işğal edən zaman  Nəbiyev Nəriman 1992-ci ildə könüllü olaraq orduya yazılır. 713 saylı hərbi hissədə Rəhman İskəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə, Kəlbəcər uğrunda gedən hərbi əməliyyatlarda  erməni işğalçılarına qarşı döyüşüb. 1993-cü ildə ordudan tərxis olunub.  

Müharibədən sonra yenidən müxtəlif yerlərdə avtoçilingər kimi fəaliyyət göstərib.

1997-2012-ci illərdə Heydər Əliyev adına Neft Emalı zavodunda avtoçilingər işləyib.

2012 – ci ildə martın 4-ü 63 yaşında vətən həsrətinə dözə bilməyən Nəriman Nəbiyev Bakı şəhərində vəfat edib.

Ailəli olub, iki qızı, iki oğlu var.

Orta peşə təhsilli olub.

Böyük oğlu 88 saylı texniki peşə məktəbini bitirib. Özəl təşkilatda elektrik işləyir. Ailəlidir. 2 övladı var.

Kiçik oğlu ali təhsillidir. Neft Akademiyasını bitirib. Heydər Əliyev adına Neft Emalı zavodunda növbətçi-çilingər işləyir. Ailəlidir. 2 övladı var.

Qızları tibb texnikumunu bitiriblər. Qızlardan biri işləyir, o birisi işləmir. Hər ikisi  ailəlidir.

Kiçik oğlu hazırda Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 62, mən 25-də yaşayır.

 

 

NƏBİYEV SEYMUR NƏRİMAN OĞLU – ŞƏHİD ÖVLADI

 

Nəbiyev Seymur Nəriman oğlu 1981-ci ildə Xankəndi şəhərində anadan olub.

1988-ci ildə Qarabağda erməni separatizmi baş qaldırandan sonra məcburi köçkün kimi Bakıya gəlib.

1988-1999-cu illərdə Bakı şəhərində 62 nömrəli orta məktəbi bitirib.

1999-2000-ci Şaulin kunqfu klubunda(Dəmir yumruqlar)idmanla məşğul olub.

1999-2003-cü illərdə Neft Akademiyasının energetika fakültəsində təhsil alıb.

2003-2004-cü illərdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Kürdmahmudlu, Aşağı Alxanlı, Şükürbəyli kəndlərində ön cəbhədə hərbi xidmətdə olub.

2004-cü ildə türk iş adamlarına məxsus tikinti firmasında,

2005-ci ildə bir müddət İstilik idarəsində 6-cı dərəcəli təmirçi çilingər işləyib.

2005-ci ildən Heydər Əliyev adına Neft Emalı zavodunda 5-ci dərəcəli növbətçi çilingər işləyir.

Ailəlidir. 2 oğul övladı var, hər iki övladı məktəblidir.

Hal-hazırda Bakı şəhəri Nizami rayonu,  Q.Qarayev prospekti 62 mənzil 25- də yaşayır.

 

 

MƏMMƏDOV SARVAN MƏMMƏD OĞLU – ŞƏHİD

 

1969-cu il 27 mart tarixində Laçın rayonu Şamkənd kəndində anadan olub.

1976 -1986-cı illərdə Şamkənd tam orta məktəbi bitirdikdən sonra elə həmin il Laçin rayon hərbi komissarlığının gondərişi ilə Xankəndi şəhər peşə məktəbində sürücülük peşəsinə yiyələnib.

1987-ci ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çagırılıb.Hərbi xidmətə Bakı şəhəri Salyan kazarmasında başlamış və 1988-ci ildə məlum Sumqayıt hadisələrinin yatırılmasında fəal iştirak edib.Salyan kazarmasında erməni əsgərlərilə milli zəmində yaranmış gərginliyin artdığını nəzərə alaraq polkun komandiri general mayor İsrafilovun koməkliyi ilə bir neçə azərbaycanlı əsgəri, o cümlədən Sarvan Məmmədovu Rusiyanın Rostov vilayətinə ezam ediblər və qalan xidməti borcunu Rostov vilayətində də başa vurub.

1989-cu ildə sovet ordusundan tərxis olunduqdan sonra Bakı şəhərində sürücü kimi işə başlayıb. “Kamaz” markalı maşınla əsasən Rusiya istiqamətində yükdaşıma ilə məşğul olub.

Erməni separatizmi baş qaldırandan sonra 1992-ci ildə könüllü olaraq orduya yazılır.  713 nömrəli hərbi hissənin tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.

1992-ci il avqust ayının 4- də Pircahan  kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Hal-hazırda Məmmədov Sarvanın məzarı Bakı şəhəri Şəhidlər Xiyabanında yerləşir. Ölümündən sonra onun sevimli idman müəllimi Şamkənd kənd orta məktəbin direktoru Cahangirov Abdulla Şəfi oğlunun müraciətini nəzərə alaraq Nazirlər Kabinetinin fərmanı ilə onun oxuduğu Şamkənd orta məktəbi Məmmədov Sarvanın adını daşıyır. Əfsuslar olsun ki,  hələ də o məktəb fəaliyyətdə deyil.

 

Share: