MSK sədri: “1345 nəfər deputatlığa namizəd var”

Azərbaycanda 2020-ci il fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Milletinsesi.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov  bildirib.

MSK-nın bu gün keçirilən iclasında M.Pənahov deyib ki, hazırda 1345 nəfər deputatlığa namizəddir.

Onun sözlərinə görə, 1345 nəfərin 246 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısındadır.

MSK sədri deyib ki, ümumilikdə 307 nəfər namizədin isə partiya mənsubiyyəti mövcuddur.

Seçkilərlə əlaqədar 58344 yerli müşahidəçi akkreditasiyadan keçib.

MSK sədri deyib ki, onlardan 56484 müşahidəçi dairə seçki komissiyalarında, 1860 müşahidəçi isə MSK-da qeydiyyata alınıb.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 429 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Share: