İtaliyanın şimal-şərqindəki Valle d’Aosta vilayətində xilasedici it 16 gündən sonra geri qayıdıb.
Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, xilasetmə xidmətinə məxsus it yanvarın 12-də Alp dağlarında itmişdi.
İtin sahibləri bildirir ki, itin axtarışları 10 gün davam edib. Axtarışlar nəticə vermədikdən sonra dayandırılıb.
Qeyd olunur ki, it 3500 metr hündürlükdə buzlaq ərazidə qalıb. Bu müddət ərzində itin heç nə ilə qidalanmadığı deyilir.