Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, rayonun Əmbərçay kəndi ərazisində kənd sakini Namiq Hətəmovun idarə etdiyi “VAZ-21063” və Balakən şəhər sakini İ.Kərimovun idarə etdiyi “Mercedes-Vito” markalı avtomobillər toqquşub. Nəticədə N.Hətəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.