Polşanın yeni səfiri Bakıya gəldi

Polşanın Azərbaycandakı yeni səfiri Rafal Poborski Bakıya gəlib.

Milletinsesi.az xəbər verir ki, polşalı diplomat artıq Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin müdiri Pərvin Mirzəzadə ilə görüşüb, tərəflər ikitərəfli münasibətlərin forması və dinamikasının artırılması imkanları barədə müzakirələr aparıblar.

Xatırladaq ki, R.Poborski Polşa Prezidenti Andjey Duda tərəfindən ötən ilin iyul ayında bu vəzifəyə təyin olunub. O, bu vəzifədə Marek Tsalkanı əvəzləyib.

R.Poborski 1976-cı ildə doğulub. Varşava Universitetinin şərqşünaslıq fakültəsini bitirən diplomat 2005-2006-cı illərdə Polşa XİN-in Avropa departamentində attaşe, 2006-2016-cı illərdə isə Şərq Siyasəti Departamentində çalışıb. O, 2016-cı ildə “EXPO-2012” Beynəlxalq Sərgi Təşkilatının diplomatik dəstək üzrə işçi qrupunun üzvü olub.

 

Share: