Qazaxıstan parlamentinin yuxarı palatası Xəzər dənizinda insidentlərin qarşısının alınması barədə razılaşmanı təsdiqləyib.
Milletinsesi.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb.
Qeyd edək ki, bu razılaşma keçən ilin avqustun 12-də imzalanıb. Razılaşmaya əsasən, Xəzər dənizində Xəzəryanı ölkələrin hərbi təyyarələri və hərbi gəmilərinin təhlükəsizliyi təmin olunmalıdır.