Madrid derbisi bu kanallarda

Bu gün La Liqanın 22-ci turunda keçiriləcək “Real” – “Atletiko” görüşü Rusiya və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımlanacaq.

Qol.az xəbər verir ki, görüş Rusiyanın “Matç! Futbol 1”, Türkiyənin isə “Spor Smart” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, Madrid derbisi Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Əlavə edək ki, Madrid derbisini “CBC Sport” saytı vasitəsi ilə də izləyə bilərsiniz.

Share: