İngiltərə Premyer Liqa təmsilçisi “Vulverhempton”un futbolçusu Renat Dadaşov Cempionşipdə oynayan “Birmingem Siti”yə keçməkdən imtina edib.
Qol.az xəbər verir ki, bu haqda Britaniya mətbuatı məlunat yayıb.
“Sky Sports”un jurnalisti Rob Dorsett yazıb ki, klublar arasında bu keçidlə bağlı razılıq olsa da, 21 yaşlı hücumçu transferə razılıq verməyib.
Xatırladaq ki, millimizin futbolçusu olan R.Dadaşov “canavarlar”la 2019-cu ilin yayında müqavilə bağlayıb. O, hələ Premyer Liqada debüt edə bilməyib. Renat bu mövsümün ilk yarısını Portuqaliyanın “Pakuş de Ferreyra” komandasında keçirib. Qışda isə onunla yollar ayrılıb.