Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının YENİ TƏRKİBİ

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi müəyyənləşib.

Milletinsesi.az xəbər verir ki, bununla bağlı qərarı baş nazir Əli Əsədov imzalayıb.

“Elm haqqında” 2016-cı il 14 iyun tarixli Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tərkibi yeni redaksiyada verilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev şuranın sədri, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev şura sədrinin müavini, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Şuranın məsul katibi təyin ediliblər.

AMEA-nın birinci vitse-prezidentləri – akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidentiləri – akademik Nərgiz Paşayeva, akademik Rasim Əliquliyev, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktoru, akademik Əhliman Əmiraslanov, Rəfail Mirzəyev (fövqəladə hallar nazirinin birinci müavini), Rahim Əliyev (səhiyyə nazirinin müavini), Rauf Hacıyev (ekologiya və təbii sərvətlər nazirinin müavini, biologiya elmləri doktoru), Sevinc Həsənova (iqtisadiyyat nazirinin müavini), Firudin Qurbanov (təhsil nazirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru), Sevda Məmmədəliyeva (mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü), Elçin Zeynalov (kənd təsərrüfatı nazirinin müavini, texnika elmləri doktoru), Elmir Vəlizadə (nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini), Rövşən Əhmədov (müdafiə sənayesi nazirinin müşaviri), İqbal Babayev dövlət gömrük komitəsinin sədrinin müavini, general-mayor, texnika elmləri doktoru), Heydər Piriyev (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant), Ceyhun Salmanov (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini), Balarəhim Quliyev (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini), Rövşən Rüstəmov (“Azərkosmos” ASC sədrinin müavini”) şuranın üzvləri təyin ediliblər.

Share: