Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Manisa əyalətinin Akhisar rayonunda yerli vaxtla saat 00:02-də qeydə alınıb.
Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, ötən gün yerli vaxtlsa saat 22:01-də Akhisar rayonunda 3,2 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı 2,5 kilometr dərinlikdə yerləşib.