İlin ötən dövrü ərzində 47 min qızılbalıq körpəsi Xəzər dənizinə buraxılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti su bioresurslarının artırılması, bərpası, istifadəsinin tənzimlənməsi və mühafizəsi sahəsində tədbirləri davam etdirir. İlin ötən dövrü ərzində balıqartırma tədbirləri çərçivəsində 47 min 40-50 qramlıq qızılbalıq körpəsi artırılaraq Xəzər dənizinə buraxılıb. Qızılbalıqların buraxılışı ilin sonuna kimi davam edəcək.

Bu barədə AZƏRTAC-a departamentin su hövzələrində bioresursların artırılması sektorunun müdiri Fəridə Ələkbərova məlumat verib.

Sektor müdiri qeyd edib ki, növbəti 3 ay ərzində nərəkimi balıq körpələrinin buraxılışı gözlənilir. Çəkikimilərin buraxılışına isə may ayından etibarən başlanılacaq.

Share: