BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə , Fevral 28 2020
Son xəbərlər
Ana səhifə / Kriminal / Rusiyada qətl törədən şəxs Azərbaycanda tutuldu

Rusiyada qətl törədən şəxs Azərbaycanda tutuldu


Rusiyada adam öldürən şəxs Azərbaycanda saxlanılıb.

Bu barədə Milletinsesi.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan E.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 ədəd ov bıçağı aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun tanışı K.Babayevin Suraxanı rayonu ərazisində yaşadığı evdə gizlətdiyi nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş “İJ-58 M” markalı tüfəng və 4 ədəd patron da aşkar edilərək götürülüb.