Razi Nurullayevə kütləvi etiraz – İmişlidə seçicilər onun ünvanına sərt ifadələr işlədiblər + VİDEO

79 saylı İmişli Seçki Dairəsində vəziyyət getdikcə gərginləşir. Bu dairədən icra strukturlarının dəstəklədiyi Razi Nurullayev əksər seçicilər tərəfindən qəbul olunmur. Yerli qurumların səfərbərliyi ilə təşkil olunan görüşlərdə belə ona qarşı etirazlar ifadə olunur.

Bu gün İmişli şəhərində keçirilməli olan toplantı da bu səbəbdən baş tutmayıb. Razi Nurullayevin təbliğat görüşünün keçirilməsi nəzərdə tutulan yerə toplaşan sakinlər namizədin ünvanına sərt ifadələr işlədiblər. Seçicilərin reaksiyasını görən R.Nurullayev bahalı avtomobilinə əyləşərək ərazidən uzaqlaşıb.

Azpolitika.az

Share: