Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.
Milletinsesi.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, “Təhsil Nəşriyyat Poliqrafiya” MMC-nin yerləşdiyi dördmərtəbəli binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 85 m² olan cildləmə sexində bir ədəd çap dəzgahı yanıb. Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı əriyib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.