İranda ABŞ-a casusluq edən şəxs edam hökmünə məhkum edilib

İran məhkəməsinin qərarı ilə Əmir Rəhmipur adlı şəxs ABŞ-a casusluq etdiyi üçün edam cəzasına məhkum olunub.

Bunu İranın Məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn İsmaili bildirib.

O bildirib ki, araşdırma zamanı bu şəxsin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlıq etdiyi müəyyənləşib. Aparılan istintaq zamanı məlumatlar təsdiqini tapıb. Müəyyən edilib ki, Ə.Rəhmipur ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edərək məlumatlar ötürüb.

Bundan başqa, daha iki şəxs casusluq ittihamı ilə həbs olunaraq, 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar özlərini humanitar təşkilatın nümayəndələri kimi təqdim edərək əhali arasında təxribatçılıqla məşğul olurmuşlar. Xarici dövlətlərin xüsusi xidmət orqanlarından göstəriş və maliyyə yardımı alan bu şəxslər İranda əhali arasında qarşıdurma yaratmaq istəyirmişlər. (AZƏRTAC)

Share: