Hong Kong virusoloqları koronavirusla bağlı dəhşətli həqiqəti açıqladı

Hong Kong Universitetinin virusoloqları yoluxmuş koronovirusla bağlı rəsmi statistikaya şübhə ilə yanaşaraq xstələrin həqiqi sayını açıqlayıb. Bu barədə “The Lancet” yazıb.

Virusoloqlar riyazı model tətbiq edərək elə bir qənaətə gəlib ki, koronavirusa yoluxanların sayı ən azı 10 dəfə artıq olmalıdır. Belə ki, onlar xəstələrin sayının hər 6,4 gün iki dəfə artdığını müəyyən edib. Deməli, yanvarın 25-i ölümcül virusa yoluxanların sayı təxminən 75815 nəfər olmalı idi.

Virusoloqların fikrincə, rəsmi məlumatlar həqiqəti əks etmirdi və ən azı on dəfə az rəqəmlər göstərir.

Qeyd edək ki, 31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. Yanvarın 7-də xəstəliyin törədicisi olan koronavirus 2019-nCoV müəyyən edildi.

Share: