“Barselona”nın dünənki məşqində zədələnən Usman Dembelenin son durumu müəyyənləşib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, onun ən azı iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, U.Dembele ötən il noyabrın 27-i Çempionlar Liqasının qrup mərhələsində keçirilən Dortmund “Borussiya”sı ilə matçda zədələnmişdi. O vaxtdan indiyə kimi heç bir matçda iştirak etməyən fransalı yarımüdafiəçi komanda ilə məşqlərə yeni başlamışdı. 22 yaşlı oyunçu zədədən bərpanın son mərhələsində idi.