Çinin milli aviaşirkətlərinin reyslərinin sayı yeni növ koronavirusa görə il ərzində 12,1 faiz azalaraq 353,7 minə düşüb.
Bu barədə Çinin Mülkü Aviasiya İdarəsi məlumat verib.
Məlumata görə, 10 yanvar – 4 fevral tarixlərində Çin aviaşirkətlərinin təyyarələri 272,8 mindən çox daxili və 80,8 mindən çox beynəlxalq uçuşlar edib. Fevralın 4-nə olan məlumata görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə uçuşların sayı 63,8 faiz azalıb.
Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb, ölənlərin sayı 491 nəfərə, yoluxanların sayı isə 24,3 minə çatıb.
Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.