Çində koronavirusundan ölənlərin sayı dünyanı şoka saldı

Çin dövlətinin bütün dünyanı qorxuya salan koronovirus virusundan ölənlərin sayını gizlətdiyi ortaya çıxıb.

Milletinsesi.az  xəbər verir ki, Çinin ən böyük video oyunlar istehsalçısı “Tencent” şirkəti ölkədə bu virusdan ölənlərin sayını internet saytında 24 min 589 nəfər qeyd edib. Az müddət sonra saytdan silinən xəbərdə xəstəliyə yoluxanların sayının 79 min 808 nəfər, xəstəlik şübhəsi olan şəxslərin isə 154 min nəfər olduğu qeyd olunmuşdu.

Rəsmi Pekinlə “Tencent”in açıqladığı rəqəm arasında 80 dəfə fərq var. Rəsmi rəqəmlərə görə, ölü sayı 564 nəfər, yoluxma sayı 14 min 446 nəfərdir.

Bir neçə gün əvvəl virusun dünyaya yayıldığı Vuhan şəhərində Li Venlanq adlı həkimin epidemiya ilə bağlı rəsmi açıqlama verilmədən 3 həftə əvvəl insanlara xəbərdarlıq etdiyi, lakin çinli rəsmilər tərəfindən “internetdə şayiə yaymaq və ictimai asayişi pozmaq” ittihamı ilə susdurulduğu üzə çıxmışdı. 34 yaşlı həkim polisə aparılıb “bir daha cinayətə yol verməyəcəyi”nə dair imzaladığı sənədləri sosial şəbəkələrdə yaymışdı.

Avropa.info

Share: