“Barselona”dakı gərginlikdən Pike də danışdı

“Barselona”nın müdadiəçisi Jerar Pike klub daxilindəki gərginliyə münasibət bildirib.

Qol.az xəbər verir ki, jurnalistlərə açıqlamasında o deyib: “İndi hər komandada olan çirkli alt paltarları çıxarmaq vaxtı deyil. Onu deyə bilərəm ki, klubumuzda etimad yüksək səviyyədədir. Bu səs-küyə isə normal reaksiya veririk”.

Lionel Messi ilə klubun idman direktoru Erik Abidal arasındakı qalmaqala da toxunan Pike deyib: “Hamı bilir ki, kim özünü harada yaxşı aparıb, harada isə pis. İndi işləmək lazımdır, mövsümün sonu yaxınlaşdıqca günahı bir-birinin üzərinə atmaq yox. Bu, komandaya kömək etmir. Biz oyuna köklənməliyik. “Barselona” qələbə yoluna qayıtmalıdır”.

Share: