Rusiyadan Azərbaycan istiqamətindəki avtomobil yolu bağlanıb

Rusiyadan Azərbaycan və Gürcüstan istiqamətindəki Hərbi Gürcüstan avtomobil yolu bütün nəqliyyat vasitələri üçün bağlanıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimali Osetiya-Alaniya Respublikası üzrə Baş İdarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, avtomobil yolunun Vladiqafqaz şəhəri və Lars yaşayış məntəqəsindən Rusiya sərhədinə kimi olan hissəsi fevralın 7-si səhər saatlarından bütün nəqliyyat vasitələri üçün bağlıdır. Bu, Gürcüstanda hava şəraitinin pisləşməsi ilə əlaqədardır.

Baş İdarə əhaliyə göstərilən istiqamətdə nəqliyyat vasitələri ilə hərəkət etməməyi tövsiyə edib.

Share: