Sabunçuda ikimərtəbəli evdə yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 600 m² olan mansarda tipli 2 mərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsinin mətbəxində 7 m² sahədə mebel və məişət əşyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: