“Barselona”da növbəti gərginlik

“Barselona”nın kapitanı Lionel Messi məşq vaxtı komandanın qapıçısı Mark-Andre ter Ştegenlə mübahisə edib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mübahisə  top uğrunda mübarizə zamanı yaranıb . Onları komanda yoldaşları sakitləşdirib.

Xatırladaq ki, bundan əvvəl Messinin müdafiəçi Jerar Pike ilə də münaqişəsi yaranıb. Bundan başqa, argentinalı hücumçunun klubun idman direktoru Erik Abidalla da münaqişəsi olub. Abidal açıqlamasında komandanın sabiq baş məşqçisi Ernesto Valverdenin vaxtında futbolçuların yaxşı oynamadığını bildirib. Messi isə onun bu fikirlərinə etiraz edib və Abidalın konkret ad çəkməli olduğunu deyib.

Share: