Millimizin sabiq qapıçısı rus klubunda

Azərbaycan millisinin və “Neftçi”nin sabiq qapıçısı Aleksandr Jidkov Rusiyanın “Avanqard” komandasında məşqçi kimi çalışacaq.

Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

“Avanqard” Rusiya çempionatının birinci divizionunda yarışır.

Qeyd edək ki, 54 yaşlı Jidkov bunadək “Anji”, “Moskva”, “Orel”, “Tom”, “Volqa”, “Rostov” və Yaşin akademiyasında da məşqçi kimi çalışıb.

Share: