Bakıda işsizlikdən sığorta ödənişinin orta aylıq məbləğ 205 manat olub

Paytaxt üzrə işsizlikdən sığorta ödənişi alan 330 nəfərə hesablanmış orta aylıq məbləğ 205 manat olub.

Milletinsesi.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, işsiz şəxslərdən 11 min 806 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat ötən ilin dekabr ayının sonuna paytaxt üzrə cəmi 6006 nəfərdir, onlardan da 3642 nəfəri fəhlədir.

Share: