Azərbaycan güləşçisi Avropa çempionatında erməni rəqibinə qalib gəlib

Azərbaycan güləşçisi Avropa çempionatında erməni rəqibinə qalib gəlib

Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi debüt görüşündə Bolqarıstanın erməni əsilli idmançısı Aik Mnatsakanyanı üstələyib.

Pəhləvanımız təsnifat mərhələsindəki qarşılaşmada rəqibini 5:3 hesabı ilə məğlub edib. Bu qələbə Süleymanovu 1/8 finala yüksəldib.

Share: