BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , Fevral 25 2020
Son xəbərlər
Ana səhifə / Siyasət / Putin İlham Əliyevə məktub göndərdi

Putin İlham Əliyevə məktub göndərdi


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Milletinsesi.az məktubun mətnini təqdim edir:

“Hörmətli İlham Heydər oğlu.

Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə səmimi təbriklərimi qəbul edin.

Xalq səsverməsinin yekunları Sizin başçılıq etdiyiniz partiyanın Azərbaycan vətəndaşları arasında nüfuzunun yüksək olduğunu əyani təsdiq etdi.

Ümidvaram ki, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətləri bundan sonra da möhkəmlənəcək.

Sizə və Sizin silahdaşlarınıza yeni-yeni uğurlar, Azərbaycan xalqına isə firavanlıq və rifah arzu edirəm”.