Dembele Finlandiyada əməliyyat olundu

“Barselona”nın futbolçusu Usman Dembele əməliyyat olunub.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, əməliyyat Fillandiyada gerçəkləşib. Bu səfərdə fransalı yarımmüdafiəçini klubun idman direktoru Erik Abidalın müşayiət etdiyi bildirilir.

“Barselona”nın yaxın vaxtlarda oyunçunun bərpa müddəti ilə bağlı açıqlama verəcəyi gözlənilir.

Share: