Nəsrin serialında Şeymaya söz atdı

“Yasak elma” serialının ötən gün yayımlanan bölümündə azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin canlandırdığı Şahika obrazının söylədikləri sosial mediada gündəm olub.

Axşam.az xəbər verir ki, izləyicilər obraz vasitəsilə Şeyma Subaşına söz atıldığını yazıblar.

Onlar Şahikanın Leylaya “Muştuluğumu istəyirəm. Halitlə Yıldız boşanır. Gələn həftədə “boşanırlar” deyə selfi çəkdirib sosial media hesabına yükləyə bilərsən” sözlərini Ş.Subaşının bir zamanlar etdiyi hərəkətə görə deyilməsinə yozublar.

Qeyd edək ki, Ş.Subaşı illər öncə Acun Ilıcalı keçmiş həyat yoldaşı Zeynəb Yılmazla boşanandan sonra “Snapchat”da “boşandılar” deyə paylaşım etmiş və tənqid olunmuşdu.

Share: