Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, şəhərin Kəpəz rayonu ərazisində Gəncə şəhər sakinləri Vüsal Bəhramov idarə etdiyi “Mercedes” və V.Əliyevin idarə etdiyi “Daimler Chrysler” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, V.Bəhramovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Kəpəz Rayon Polis İdarəsi tərəfindən təhqiqat aparılır.

Share: