İranın şimalında yerləşən Gilan vilayətinin Şəft rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bunu Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.
Zəlzələ yerli vaxtla saat 14:23 dəqiqədə 18 km dərinlikdə qeydə alınıb.
Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.
Əlavə edək ki, İranın şimalında Gilan vilayətində güclü qar və qar uçqunu nəticəsində bir çox kəndlərlə əlaqə kəsilib, elektrik verilişi dayandırılıb. İndiyədək qar nəticəsində 8 nəfər həlak olub, 147 nəfər yaralanıb.