BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə , Fevral 28 2020
Son xəbərlər
Ana səhifə / İqtisadiyyat / OPEC Azərbaycan üzrə proqnozunu korrektə edib

OPEC Azərbaycan üzrə proqnozunu korrektə edib


Yanvarda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı azalıb.

Bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay OPEC-in neft istehsalı dekabr ayı ilə müqayisədə 509 min barrel geriləyərək gündəlik 28 milyon 860 min barrel təşkil edib. OPEC-in dünya neft hasilatındakı payı isə 28,8 faiz olub.
Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Səudiyyə Ərəbistanı, Nigeriya və Ekvatorial Qvineya artırıb. Səudiyyə Ərəbistanında gündəlik istehsal 57 min barrel artaraq 9 milyon 733 min barrel olub. Nigeriyanın sutkalıq hasilatı 25 min barrel çoxalaraq 1 milyon 776 min barrelə çatıb. Ekvatorial Qvineyada isə neft istehsalı 3 min barrel artaraq sutkada 124 min barrelə yüksəlib.

Yanvarda kartelə üzv ölkələrdə neft istehsalı ən çox Liviya, İraq və Küveytdə azalıb. Liviyanın gündəlik hasilatı 344 min barrel azalaraq 796 min barrelə düşüb. İraqda istehsal 68 min barrel geriləyərək sutkada 4 milyon 501 min barrel təşkil edib. Küveytdə isə hasilat 44 min barrel azalaraq 2 milyon 665 min barrel təşkil edib.

Ötən ay dünyadakı qazma qurğularının sayı dekabrla müqayisədə 32 ədəd artaraq 2232 olub. Həmin qurğuların 584-ü OPEC-ə üzv ölkələrdədir.