BŞİH mitinqə “28 may” küçəsində RAZILIQ VERDİ

Milletinsesi.az  xəbər verir ki, BŞİH-dən APA-ya verilən məlumata görə, müraciətə baxılıb və mitinqin fevralın 16-da 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.
Qeyd edək ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki ilə bağlı Bakı şəhərində “28 May” metrostasiyasının qarşısındakı meydanda (Cəfər Cabbarlı heykəlinin qarşısında) mitinq keçirilməsi üçün BŞİH-ə müraciət edib.
Share: