BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə , Fevral 28 2020
Son xəbərlər
Ana səhifə / Dünya / Vannaya düşən mobil telefon gənc qızın həyatına son qoydu

Vannaya düşən mobil telefon gənc qızın həyatına son qoydu


Fransanın Marsel şəhərində bədbəxt hadisə baş verib.

“Daily Mail” xəbər verir ki, mobil telefonu ilə hamamda çimmək istəyən 15 yaşlı qız həyatını itirib.

Gənc fransalı telefonu yüklənməyə qoyaraq vannaya uzanıb.

Lakin, gözlənilmədən yüklənmədə olan cihaz suyun içinə düşüb.

Nəticədə qız güclü cərəyan zərbəsi alıb.

Qız xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.