Yaponiyada güclü zəlzələ

Yaponiyada 7 bal gücündə zəlzələ baş verib.

Milletinsesi.az xəbər verir ki, ölkənin Mərkəzi Meteorologiya Agentliyinin yaydığı məlumata görə, zəlzələ Yaponiyanın Hokkaydo adasında və Hönsü adasının şimalında qeydə alınıb.

Zəlzələnin episentri İturup adasının cənubunda (cənubi Kuril), 160 kilometr dərinlikdə yerləşir.

Sunami təhlükəsi yoxdur. Zəlzələnin fəsadları barədə məlumat verilmir.

 

Share: