Sabunçu rayonunda ev yanıb

Sabunçu rayonunda ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində üç otaq və aynabənddən ibarət evin 50 kvadratmetrlik sahəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Share: