Azərbaycanda hərbçilər icbari narkoloji müayinədən keçəcək.
Report xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci il üçün İş planı”nda qeyd olunub.
İş Planında narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə çağırışçıların və həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə qanunvericiliyə uyğun olaraq baxılması nəzərdə tutulub.
Bununla bağlı Nazirlər Kabineti, Daxili Işlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tapşırıqlar verilib.