Səudiyyə Ərəbistan An-132 nəqliyyat təyyarələrinin hazırlanması üçün Ukrayna ilə birgə formalaşdırılan layihədən çıxıb.
Milletinsesi.az xəbər verir ki, bunu UNİAN agentliyinə açıqlamasında “Antonov” dövlət müəssisəsinin rəhbəri Aleksandr Donets deyib. O, müəssisənin An-132 təyyarəsi layihəsini dondurmadığını və yeni sifarişçilər, eləcə də tərəfdaşlar axtardığını deyib.
Donets həmçinin müəssisənin An-132D təyyarəsinin istehsalını uğurla davam etdirdiyini və onun öz sələfi An-132-dən tam rəqəmsal kabinəyə sahib olmaqla fərqləndiyini bildirib.
O, An-132-nin Rusiya komplektlərindən istifadə edilmədən hazırlanan yeganə Ukrayna təyyarəsi olduğunu söyləyib.