Əhali sektoru üzrə 11 551 yeni abonent qeydiyyata alınıb

2020-ci ilin yanvar ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 551 yeni abonent qeydiyyata alınıb. Bunun da 7 467-si Bakı, Abşeron və Sumqayıt, 4 084-ü isə regionlar üzrədir.

“Azəriqaz”dan Milletinsesi.az-a verilən məlumata görə, hazırda 01.02.2020-ci il tarixə əhali qrupu üzrə qazdan istifadə edən 2 milyon 256 min 870 istehlakçı qeydiyyata alınıb. Bunun 1 milyon 388 min 731-i regionlar, 868 139-u Bakı şəhəri üzrədir.

Qeyd edək ki, 2020-ci ildə də əvvəlki illərdə olduğu kimi qeyri-əhali sektoru üzrə 592 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün 5 000 kubmetr limit ayrılıb.

Share: