Avstraliyadakı yanğınlar ilk dəfə nəzarət altına alındı

Avstraliyada 6 ay əvvəl başlayan ölkə tarixinin ən böyük meşə yanğınları ilk dəfə nəzarət altına alınıb.

Milletinsesi.az “bbc.com”a istinadən xəbər verir ki, bu bölgədə 10 gündür davam edən yağışlar nəticəsində mümkün olub, davam edən 24 yanğın sahəsi nəzarətə alınıb.

Qeyd edək ki, ötən ilin sentyabrında başlayan yanğınlar nəticəsində 33 nəfər həyatını itimişdi. 11 milyon hektar ərazini əhatə edən meşə yanğınları 3 mindən çox evin kül olmasına, 1,24 milyard heyvanın məhvinə səbəb olmuşdu.

Share: