“Dinamo” Reynaldonu təqdim etdi

“Dinamo” Reynaldonu təqdim etdi

“Qarabağ”ın sabiq hücumçusu Reynaldo Silva Gürcüstanın “Dinamo” klubu ilə müqavilə imzalayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Batumi təmsilçisi ilə 1 illik sözləşməyə qol çəkib. Braziliyalı oyunçu yeni klubunda 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Reynaldo 2013-2017-ci illərdə Ağdam təmsilçisinin formasını geyinib. O, ötən il qış transfer pəncərəsində yenidən “Qarabağ”a qayıdıb, mövsümün sonuna – yayadək komandada çıxış etmişdi.

Share: