Pakistanda 6 nəfər zəhərli qazdan öldü

Pakistanın Kəraçi limanında naməlum zəhərli qazın sızmasından sonra 6 nəfər ölüb, 100-dən çox insan nəfəs problemi ilə xəstəxanaya yerləşdirilib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Pakistanın “Daily” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, polis qaz sızmasının yük gəmisindən kimyəvi maddələrin boşaldılması zamanı baş verdiyindən şübhələnir.

“İlkin araşdırma göstərdi ki, (limanın yaxınlığında yerləşən) bazardan olan insanlar konteyneri açdıqdan sonra oradan tüstü çıxıb, insanlarda nəfəs alma problemləri yaşanıb və onlar huşlarını itiriblər”, – polis baş müfəttişinin müavini Şaricil Kharal bildirib.

Öz növbəsində, “Karachi Port Trust” şirkətin nümayəndəsi limandakı hər hansı bir gəmidən qaz sızması ilə bağlı iddiaları təkzib edib.

Gəmidən bir qaz sızması ilə bağlı iddiaları Pakistanın dənizçilik üzrə federal naziri Əli Hayder Zaidi də rədd edib.

“Gəmidən zəhərli qaz sızması olsaydı, doklarda və və ya ekipaj arasında da qurbanlarımız olardı, amma bu, belə deyil”, – Zaidi “Twitter”də yazıb.

Nazir qeyd edib ki, hazırda araşdırma aparılır və yalnız araşdırmaların nəticəsi əsasında səlahiyyətlilər qaz sızmasının səbəbləri barədə məlumat verəcəklər.(report)

Share: