Messi və Hamilton eyni mükafatı qazandı

“Laureus World Sports Awards” mükafatının sahibləri müəyyənləşib.

Qol.az xəbər verir ki, bu mükafata “Barselona”nın futbolçusu Lionel Messi və “Formula 1″də çıxış edən “Mercedes” komandasının pilotu Lüis Hemilton ən yaxşı idmançı seçiliblər. Mükafata Messi və Hemiltondan başqa, tennisçi Rafael Nadal, qolfçu Tayger Vuds, atlet Eliud Kipçoqe və motoyürüşçü Mark Markes də namizəd olub.

Qeyd edək ki, Messi komanda idman növlərində bu mükafatı qazanan ilk şəxs olub.

Share: